...

Azərbaycan fındığı Afrika bazarlarına da çıxacaq

İqtisadiyyat Materials 9 Yanvar 2018 19:38 (UTC +04:00)
2018-ci ildə Azərbaycan Afrika və ərəb ölkələrinə fındıq ixracına başlamaq niyyətindədir
Azərbaycan fındığı Afrika bazarlarına da çıxacaq

Bakı. Ənvər Məmmədov – Trend:

2018-ci ildə Azərbaycan Afrika və ərəb ölkələrinə fındıq ixracına başlamaq niyyətindədir.

Bunu Trend-ə Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İsmayıl Orucov deyib.

Onun sözlərinə görə, bu il Azərbaycan fındığının ümumilikdə 30 ölkəyə ixracı planlaşdırılır. Bu, əvvəlki illərlə müqayisədə daha çoxdur. 2016-cı ildə Azərbaycan 25 ölkəyə, 2017-ci ildə isə 27 ölkəyə fındıq ixrac edib: “2017-ci ilin 11 ayı ərzində biz xaricə təxminən 8 min tondan çox fındıq ixrac etmişik. Daha çox fındıq İtaliya, Rusiya və Almaniyaya ixrac olunur”.

Assosiasiya sədri qeyd edib ki, ixracın genişlənməsi üçün Xaçmaz və Zaqatala rayonlarında fındıq istehsalı və emalı üzrə bir neçə müəssisə tikilir. Onların tikintisi 2018-ci ilin sonunadək başa çatmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti