...

Nazirlik aqrobağlar salmaq üçün icra hakimiyyətlərindən torpaq istədi

İqtisadiyyat Materials 5 Fevral 2018 10:25 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yeni aqrobağların salınması üçün torpaq sahələrinin ayrılması ilə bağlı müvafiq rayon icra hakimiyyətlərinə müraciət edib.
Nazirlik aqrobağlar salmaq üçün icra hakimiyyətlərindən torpaq istədi

Bakı. İlhamə İsabalayeva - Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yeni aqrobağların salınması üçün torpaq sahələrinin ayrılması ilə bağlı müvafiq rayon icra hakimiyyətlərinə müraciət edib.

Trend-in məlumatına görə, Xəzər rayonu ərazisində Qala-Türkan avtomobil yolunun ətrafında, Salyan rayonu ərazisində Xıdırlı qəsəbəsinin ətrafında, Hacıqabul rayonu ərazisində Kalmas yolunun ətrafında, Qaradağ rayonunun Ələt qəsəbəsinin ərazisində meyvə ağaclarından ibarət aqrobağların salınması üçün yeni ərazilər müəyyənləşdirilıb, xəritələşdirilib və torpaq sahələrinin ayrılması ilə bağlı müvafiq rayon icra hakimiyyətlərinə müraciət olunub.

Bundan əlavə, 2021-ci ilədək nazirliyin daxili imkanları hesabına dövlət büdcəsindən əlavə vəsait cəlb edilmədən aqromeşələrin yaradılması ilə bağlı 28 çeşiddə (cənub zonasında sitrus bağlarının salınması məqsədilə 5 növ sitrus meyvələri də daxil olmaqla) 87,6 milyon ədəd müxtəlif cinslərdən ibarət meyvə tinglərinin yetişdirilməsi nəzərdə tutulub.

2017-ci ildə 948 850 ədəd tut tingi Azərbaycan Prezidenti Administrasiyasının bölgüsünə əsasən müxtəlif rayonlarda tut bağlarının salınması üçün baramaçılığın inkişafı ilə məşğul olan təşkilatlara, fermerlərə, fərdi təsərrüfatlara, rayon icra hakimiyyətlərinə və bələdiyyələrə ödənişsiz olaraq paylanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti