...

Sevgi fəlsəfəsini biznes dünyasına gətirən sığorta şirkəti

İqtisadiyyat Materials 6 Fevral 2018 10:36 (UTC +04:00)
2017-ci ilin əvvəlindən A-Qroup Sevgi kompaniyaya start verdi və 22 yaşını “Sevginizə doğru” şüarı altında qeyd etdi.
Sevgi fəlsəfəsini biznes dünyasına gətirən sığorta şirkəti

Bakı. Trend:

2017-ci ilin əvvəlindən A-Qroup Sevgi kompaniyaya start verdi və 22 yaşını “Sevginizə doğru” şüarı altında qeyd etdi.

A-Qroup öz qarşısına müştərilərin SEVƏCƏYİ ilk sığorta şirkəti olmağı məqsədini qoydu. SEVGİ A-Qroup üçün sadəcə söz deyil və sadəcə arzu deyil, həm də həyat tərzi, iş prinsipi və ilham mənbəyidir. Hər gün A-Qroup öz işi və münasibəti ilə müştərilərə öz SEVGİSİNİ nümayiş etdirir. Şirkətin əməkdaşlarının nə qədər SEVGİ ilə yanaşma qabiliyyətinin olmasını müəyyən etmək məqsədi ilə şirkətin əməkdaşlarınn arasında “sevgi yönümlülüyə” dair testlər keçirilir. Sığorta şirkəti hər bir müştərinin həyatını bu SEVGİ enerjisi ilə doldurmaq istəyir, çünki A-Qroup-un arzusu bütün müştərilərin həyatını daha yaxüı etməkdir.

Bu məqsədə çatmaq üçün şirkətin daxilində çoxlu işlər görülür: şirkətin şüarı SEVGİ haqdadır; bütün sığorta növləri üzrə olan reklamlarda SEVGİ sözündən istifadə olunur; işə qəbul zamanı namizədə peşəkar suallarla paralel SEVGİ nümayiş etdirmək qabiliyyətini müəyyən etmək üçün psixoloji testlər edilir; müştəriləri xidmətləri departamentinin əməkdaşlarına mütəmadi olaraq müştərilərlə ünsiyyətin mükəmməlləşdirilməsi üçün işlər aparılır; hər gün iş günü başlamazdan əvvəl SEVGİ haqqında mahnılar səsləndirilir və s.

Yeni il qabağı öz SEVGİsini nümayiş etdirmək və öz SEVGİsini bölüşmək məqsədi ilə şirkətin əməkdaşları SEVGİ haqqında şerlər oxudular, bu şerlər də diskə yazılıb hədiyyə şəkilində müştərilərə təqdim olundu. Harda SEVGİ orada da musiqi - əksər dillərdə və bütün janrlarda olan SEVGİ haqqında mahnılar. Onların hamısını birləşdirən isə SEVGİdir.

Bu SEVGİ dolu işin nəticəsi artıq var - artıq sığortalılar öz məktublarında A-Qroup-a öz SEVGİlərini etiraf edirlər. Bu isə o deməkdir ki, sığorta şirkəti düzgün yoldadır. Jan Jak Russonun dili ilə desək: “Başqalarının SEVGİsini qazanmanın ən etibarlı yolu onlara öz SEVGİni verməkdir”. Bundan əlavə isə bu o deməkdir ki A-Qroup biznes dünyasına SEVGİ fəlsəfəsini yayan ilk şirkətdir.

A-Qroup Sığorta şirkəti öz SEVGİ konsepsiyasını müştərilərin arasında daha da irəliyə aparamağı planlaşdırır çünki Sevginin şəfa verdiyinə və möcüzələr yaratdığına inanır.

A-Qroup-un Sizi sevdiyi kimi sevin və sevilin!

Sizi Sevən Sığorta Şirkətiniz.

Xəbər lenti

Xəbər lenti