"Unibank"ın sədr müavini: "2018-ci ili bank sektoru üçün çox məhsuldar bir il kimi görürük"

"Unibank"ın sədr müavini: "2018-ci  ili bank sektoru üçün çox məhsuldar bir il kimi görürük"

Bakı. Trend:

"Unibank" ASC-nin İdarə Heyəti sədrinin I müavini və baş risk inzibatçısı Asəf Hüseynov yaxın illərdə Azərbaycanda bank bazarının inkişaf istiqamətləri, təmsil etdiyi Bankın 2018-ci ildə əsas hədəfləri, bank sektorundakı gözləntilərlə bağlı Trend-in suallarını cavablandırıb:

- Ötən il "Unibank" üçün də yadda qalan illərdən biri oldu. Son illərin o qədər də asan olmayan maliyyə vəziyyətindən sonra bank ili mənfəətlə başa vurdu. İlk öncə bu barədə nə deyə bilərsiniz?

- Təbii ki, son illərdə iqtisadiyyatda baş verənlər, xüsusən də neftin qiymətinin düşməsi Azərbaycanın öz makroiqtisadi göstəricilərində dəyişiklik etmək zərurəti yaratdı. Nəticə olaraq, 2015-ci və 2016-cı illərdə ümumi daxili məhsulun (ÜDM) azalması, iqtisadiyyatın sıxılması, iqtisadiyyatın qan damarları olan bankların kreditləşmədə iştirakının, ümumilikdə aktivliyinin azalmasına da gətirib çıxardı. 2017-ci ildə iqtisadi azalma dərinliyin ən pik nöqtəsinə çatıb dayandığından, ötən ilin ortasından başlayaraq bank sektorunda kreditləşmənin aktiv fazaya keçməsi müşahidə olundu. Ümumilikdə isə makroiqtisadi vəziyyətin müsbətə doğru dəyişməsi və eyni zamanda "Unibank"da baş verən bir sıra inistisional və digər effektivliyi artıran islahataların nəticəsi olaraq, bank 2017-ci ili mənfəətlə başa vurmağa nail oldu.

- Böhrandan söz düşmüşkən, hər bir çətinliyin belə, bir təcrübə olduğunu xatırlasaq, maliyyə bazarında son illər yaşananlar banklara nə qazandırdı?

- Böhran həmişə böyük təcrübə deməkdir. Biz də "Unibank" olaraq, bu təcrübədən faydalanmışıq. Böhran bizi daha möhkəmlətdi. Böhranın nəticəsi olaraq, bank sektoru borc yükünün artması, diversifikasiya kimi məsələlərə daha çox əhəmiyyət verməyə başladı. Xüsusilə də böhran xarici valyutada olan kreditlərə daha konservativ yanaşmada bankların bir qədər də tələbkar olmasını zəruri etdi.

- Maliyyə bazarında nisbətən sabitləşmə və inkişaf dövrünün başlandığını nəzərə alsaq, "Unibank" üçün 2018-ci ildə əsas hədəflər nə olacaq?

- Bizim 2018-ci illə bağlı hədəflərimiz çoxdur. Bir çox reytinq agentlikləri, eyni zamanda Maliyyə Nazirliyi, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu və digər qiymətləndircilərin proqnozlarına görə, 2018-ci ildə ölkədə ÜDM-in artımı baş verəcək. Bu, xüsusilə “Şahdəniz” qaz yatağı ilə bağlıdır. “Şahdəniz-2” layihəsinin reallaşması iqtisadiyyatımızı canlandıracaq. Təbii ki, nəticə olaraq dövlət büdcəsinin artması və iqtisadiyyata investisiyanın çoxalması baş verəcək ki, bütün bunlar bank sektorunun da canlanmasına səbəb olacaq. "Unibank" öz strategiyasında bu amilləri nəzərə alır. Bank olaraq, biz 2018-ci ili bank sektoru üçün çox məhsuldar il kimi görürük və kredit portfelinin, bankın gəlirliliyinin artımının başlanğıc ili kimi qiymətləndiririk. Hazırda ölkədə islahatların çoxu prezidentin qəbul etdiyi “Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”nə uyğun olaraq aparılır. Bu Strateji Yol Xəritəsinin qəbulu bank sektorunu da sevindirir. Çünki bankların maraqları çərçivəsində bir çox islahatlar həyata keçirilir. Xüsusən də bizim bankın strategiyasında vacib yer tutan rəqəmsal bankçılıq prosesi ilə bağlı olaraq , dövlət qurumlarının qanunvericiliyin çevik dəyişməsi və digər məsələlərin operativ həllində fəallığını görürük. Nəzarət orqanının bank sektoruna yaxın işləməsi və qanunvericilik bazasının dəyişməsi ilə bağlı səylərinin artması, bankların rəqəmsal xidmətlərə transformasiyasını daha sürətli edə bilər. Rəqəmsal bankçılıqla əlaqədar olaraq bankda baş verən əməliyyatların onlayn kanallarla aparılması, satışın tam rəqəmsal kanallarla təşkili əsas prioritetlərimizdən biridir. Bununla bağlı daha mükəmməl bank məhsulunun yaradılmasını hədəfləyirik. Yəni bu strategiyada məqsəd mövcud məhsulun satışı yox, hər bir müştəriyə uyğun bank məhsulunun yaradılmasıdır.

- Ötən il "Unibank" ölkənin qiymətli kağızlar bazarının fəal iştirakçılarından biri oldu. Bu il qiymətli kağızlar bazarı ilə bağlı hansı planlar var?

- "Unibank" olaraq 2018-ci ildə hədəflərimizdən biri qiymətli kağızlar bazarıdır. Bildiyiniz kimi ötən il BFB-nin Listinq proqramına daxil olmuşuq. Unibank qiymətli kağızlar bazarının, xüsusilə kapital bazarın inkişafında maraqlıdır. Ölkədə üzən valyuta rejimi olduğuna görə, bir çox banklar kreditləşmə siyasətində valyuta risklərinə indi daha çox fikir verməyə başlayıblar. Ölkə bank sektorunun öhdəliklərinin – depozit portfelinin 70 faizinin dollarda olması, bankların aktivlərində dollarda sərbəst vəsaitlərin olmasına səbəb olub. Belə vəsaitlərin yerləşdirilməsi üçün kapital bazarlarına investisiya çox mühüm əhəmiyyət kəsb edir. Unibank yeni bir biznes xətti kimi investisiya bankçılığının inkişafını hədəf götürüb və artıq bu istiqamətdə işləməyə başlayıb.

- Bankın strateji hədəflərindən biri də səhmlərinin kütləvi yerləşdirilməsidir (İPO). Bu prosesi nə vaxta planlaşdırırsınız?

- Qiymətli kağızlar bazarının uzunmüddətli strategiyasında İPO edilməsi də planda var. Yəni bank həm özü kapital bazarlarına investisiya etmək, həm də öz səhmlərini kapital bazarına çıxarmaq niyyətindədir. Bankın strategiyasına uyğun olaraq çox böyük hədəflər müəyyən edilib. Buna nail olmaq üçün yüksək kapitallaşma olmalıdır. Bu kapitallaşma üçün ilk növbədə İPO keçirilməsi zəruridir. Bank sektorunun inkişafı indi elə bir mərhələdədir ki, onun böyüməsi, genişlənməsi istiqamətində bu addımın atılması zəruridir.

- "Unibank" üçün 2018-ci ildə aktiv sahələrdən biri də yəqin ki, təsisçilərindən biri olduğu ilk özəl kredit bürosunun- “Azərbaycan Kredit Bürosu” MMC-nin fəaliyyəti üzrə olacaq. Büronun fəaliyyəti bank və müştərilərə hansı faydaları gətirəcək?

- Özəl kredit bürosunun yaradılması zərurətinə bir qədər aydınlıq gətirək. Aydındır ki, bankların kredit məhsullarını daha ucuz satması üçün onlarda risk premium, yəni bankın riskə görə əlavə etdiyi dəyər daha aşağı olmalıdır. Risk premiumu azaltmaq üçün müştərilərin təhlili, anderraytinqi çox yüksək səviyyədə aparılmalıdır. Buna görə də büronun fəaliyyətinə ehtiyac var. Büro bütün bank sektoru üzrə məlumat bazasına malik olduğu üçün bu baza əsasında xüsusi skorinqlər hazırlaya, təhlillər həyata keçirə bilər. Bu, strateji layihədir və "Unibank" qurumun 8 səhmdarından biri olmaqla, eyni zamanda Müşahidə Şurasında da təmsil olunmaqdadır. "Unibank" Büronun tam effektiv fəaliyyəti üçün hər zaman dəstəyini verməkdə davam edəcək. Büro scorinq sistemi hazırlayacaq. Bu skorinq sistemi hər bir banka öz müştərilərini təhlil etməyə imkan verəcək. Məhz bu təhlillərin nəticəsi olaraq, kreditlərin verilməsi sürətinin artması və keyfiyyəti yaxşılaşacaq. Kredit bürosunun yaradılmasında ali məqsəd budur. Büronun müştərilər üçün də faydası çoxdur. Təhlillərin nəticəsi kredit faiz dərəcələrinin uzun müddətli perspektivdə asağı düşməsinə münbit şərait yaradacaq.

- Bu qədər yeniliklərin fonunda dünya bankçılıq trendlərini nəzərdən keçirərək, yaxın illərdə Azərbaycan bank bazarının inkişaf istiqamətlərini necə dəyərləndirirsiniz?

- Hazırda bütün banklarda qeydə alınan ümumi tendensiya effektivliyin artırılması və optimallaşdırma prosesləridir. Bu da rəqəmsal bankçılıq trendinin artması deməkdir. Bazarda qabaqcıl təcrübə var və bütün banklar bu qabaqcıl təcrübəni tətbiq etmək istəyirlər. İnvestisiya bankçılığı bazarın yeni trendlərindən biridir. Banklar artıq anlayır ki, yeni gəlirlər qazanmaq üçün ölkə hüdudlarından kənara çıxmaq lazımdır. Digər bir tendensiya yəqin ki maliyyə sektorunun şaxələnməsi olar. Azərbaycan bank sektorunda mövcud makroiqtisadi vəziyyətdə təəssüf ki, maliyyələşmə mənbələri ancaq depozitlərdir. Depozitlər isə qısamüddətli olduğundan, banklar bu vəsaitlər hesabına yalnız qısamüddətli kreditlər verə bilirlər. Banklar kiçik və orta sahibkarlığı və yaxud hansısa startup-ları dəstəkləmək üçün uzunmüddətli maliyyələşmə mənbəyi olaraq çıxış edə bilmirlər. Uzunmüddətli maliyyə mənbələrini həyata keçirmək üçün özəl təqaüd fondlarının yaranmasına zərurət var ki, bu mənbələri kimi yalnız dövlət vəsaitləri çıxış etməsin. Hazırda Azərbaycanda uzunmüddətli maliyyələşmə mənbələri yalnız dövlət fondları - İpoteka və Kredit Zəmanət Fondu, İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondudur. bu il kreditlərə zəmanət mexanizminin işə düşməsini gözləyirik. Bu isə təbii ki, biznesi daha böyük pullarla maliyyələşdirməyə yetərli deyil. Özəl təqaüd fondları minimum 10 illik yığımlar həyata keçirə bilər. Bu fondlar öz vəsaitlərini hansısa bir yerə investisiya edərək, daha uzunmüddətli saxlaya bilirlər. Bank əmin olacaq ki, həmin fondun vəsaitləri 1-2 il deyil, daha uzunmüddətli qala bilər və stabildir. Stabil maliyyələşmə mənbəyi olduğuna görə, bank da biznesin tələbatına cavab verən uzunmüddətli kreditlər ayıra bilər. Uzunmüddətli kreditləşməni həyata keçirmək üçün təqaüd fondlarının yaradılması çox yaxşı çıxış yolu olardı.

Azad edilmiş əraziləridə sahibkarlığın maliyyələşdirilməsinə dair mexanizmlər hazırlanır
Azad edilmiş əraziləridə sahibkarlığın maliyyələşdirilməsinə dair mexanizmlər hazırlanır
Bu il sahibkarlara veriləcək güzəştli kreditlərin həcmi açıqlanıb
Bu il sahibkarlara veriləcək güzəştli kreditlərin həcmi açıqlanıb
Ötən il sahibkarlara 130 milyon manatdan çox güzəştli kredit verilib
Ötən il sahibkarlara 130 milyon manatdan çox güzəştli kredit verilib
Loading Bars
Xəbər lenti
Abşeronda narkotik satan daha 6 nəfər saxlanılıb (FOTO/VİDEO)
"OBA" marketin qabağında insanları söyən şəxs bir nəfəri öldürüb
Ağacların dibi asfaltdan təmizlənib (FOTO)
AccessBank ilin ilk təcrübə proqramına start verir
Rəqəmsal banklarla bağlı yeni hüquqi bazanın yaradılması planlaşdırılmır
“Buta Airways” fevralda Mineralnıye Vodıya uçuşları bərpa edir
Xarici valyutaya tələbat artacaq - Elman Rüstəmov
Tərbiyə ocağı, yoxsa çayxana - Məktəblərdə nə baş verir?
Lavrov Zelenskini Rusiyaya dəvət edib
Məktəbdə yayılan növbəti videoyaya görə araşdırma aparılır (VİDEO)
Mərkəzi Bank beynəlxalq konsaltinq şirkəti ilə saziş imzalamağı planlaşdırır
Hərbi islahatların davam etdirilməsi 2022-ci ildə də prioritet məsələ olacaq - Zakir Həsənov
Hafiz Məmmədov ev dustaqlığına buraxılmadı
Müdafiə Nazirliyinin Kollegiya iclası keçirilib (FOTO)
Kriptovalyutanın istifadəsi manatın stabilliyinə təhlükə törətmir - Mərkəzi Bank
Azərbaycanda "Apple Pay" vasitəsilə ödənişlərin həcmi açıqlanıb
2015-ci ildə manatın məzənnəsini qorumaq üçün 10 milyard dollar xərclənib - Elman Rüstəmov
YAP-ın Böyük Qayıdışla bağlı hədəfləri açıqlanıb
Azərbaycanın ötən il ixrac etdiyi qazın həcmi açıqlanıb
Ağdama səfər etmək istəyənlərin nəzərinə: Növbəti avtobus bu tarixdə yola düşəcək
Rusiyada koronavirusa yoluxanların sayı kəskin artıb
Azərbaycanda xarici valyuta satışı azalıb - Mərkəzi Bankın sədri
Mərkəzi Bankdan manatla bağlı AÇIQLAMA
Bu il 40 min hektar ərazinin minalardan təmizlənməsi nəzərdə tutulur
Mərkəzi Bank bu il Azərbaycanda gözlənilən inflyasiya səviyyəsini açıqladı
Prezident İlham Əliyev Ümumdünya Gömrük Təşkilatının Baş katibini ordenlə təltif edib
Tovuz istiqamətində mövqelərimiz atəşə tutulub - MN
Azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri sistemli şəkildə davam etdirilir - PA rəsmisi
"Buta Airways" Xarkova uçuşlar həyata keçirəcək
Azərbaycan və Türkiyənin Mərkəzi bankları arasında valyuta mübadiləsi ilə bağlı danışıqlar aparılmır - Elman Rüstəmov
Bu il cari əməliyyatlar balansı ÜDM-in 10 faizinə çata bilər - Elman Rüstəmov
Miqrasiya Xidməti əcnəbilərə vaksinasiya ilə bağlı müraciət edib
Yeganə aviakosmik və texnologiya festivalı iştirakçıları arasına sən də qoşul!
Zakir Həsənov Pakistan tərəfinə başsağlığı verib
2023-cü ildə Azərbaycanda inflyasiya sabitləşəcək - Elman Rüstəmov
Sabah hava yağıntısız keçəcək
Ötən il Azərbaycanda inflyasiya 6,75 faiz təşkil edib
Ahıl kişinin başına daşla vuraraq pulunu alan şəxs saxlanılıb (FOTO/VİDEO)
Prezident İlham Əliyev: Ermənistan və Azərbaycan arasında münaqişənin bitməsindən sonra regionda əməkdaşlıq üçün yeni imkanlar yaranıb
Qırğızıstan Tacikistanla sərhəddə 24 mindən çox sakini təxliyə edib
İlahiyyat İnstitutunda qış imtahan sessiyası başa çatıb (FOTO)
"COVID-19 xəstələri ilə işin təşkili: Orta tibb personalının diqqət etməli olduğu vacib məqamlar" mövzusunda vebinar keçirilib (FOTO)
Azad edilmiş əraziləridə sahibkarlığın maliyyələşdirilməsinə dair mexanizmlər hazırlanır
Mərkəzi Bank uçot dərəcəsini artırıb
Zakir Sultanov 11 il azadlıqdan məhrum edildi
MÜSİAD Azərbaycan Vətən müharibəsi şəhidləri və qazilərinin tanıdılması, xatirələrinin əbədiləşdirilməsinə önəm verir (FOTO)
Dövlət tərəfindən sahibkarların 62 milyon manat kredit faizi ödənilib
Bu il sahibkarlara veriləcək güzəştli kreditlərin həcmi açıqlanıb
“PAŞA Bank”ın fərdi sahibkar müştəriləri biznes kreditini ASAN imza ilə əldə edə bilərlər (VİDEO)
Minaaxtaranlar üçün Ağdamda yeni mobil düşərgə salınıb (FOTO)
Hava şəraiti ilə bağlı avtomobil yollarında vəziyyət necədir? - AÇIQLAMA
Ümrə ziyarəti üçün müraciət edənlərin sayı açıqlanıb
PAŞA Bank “Visa” ödəniş sistemi tərəfindən mükafatlandırılıb
Lənkəran sakinlərindən qanunsuz silahlar götürülüb
Ötən il sahibkarlara 130 milyon manatdan çox güzəştli kredit verilib
Güzəştli pensiyalarla bağlı komitə sədrindən AÇIQLAMA
AZƏRTAC ilə UNA arasında əməkdaşlıq yeni hədəflərə istiqamətlənir (FOTO/VİDEO)
Ölkə ərazisində müşahidə olunan faktiki hava açıqlanıb
“Omikron”dan sonra fəsadlar qala bilər? - Həkim
Cəlilabadda qonşusunu bıçaqlayıb öldürən şəxs həbs olunub
Bakıda uşaq bağçalarından silsilə oğurluqlar edən şəxslər saxlanılıblar (FOTO/VİDEO)
Ötən gün 13 yanğın olub (VİDEO)
Azərbaycan nefti ucuzlaşıb
Prezident İlham Əliyev Ümumdünya Gömrük Təşkilatının Baş katibini videoformatda qəbul edib (FOTO/VİDEO) (YENİLƏNİB)
Daha bir məktəb koronavirusa görə distant təhsilə keçdi
Bakıda koronavirusa ən yüksək yoluxma bu rayondadır
Çin koronavirusa qarşı yeni vaksini sınaqdan keçirib
Polis sensorlu svetoforlarla bağlı piyadalara müraciət edib
VTB (Azərbaycan) nağd kreditin maksimal məbləğini artırıb
Azərbaycanda koronavirusa yoluxma statistikası açıqlanıb
Metronun “Cəfər Cabbarlı” stansiyasında təmir işlərinin növbəti mərhələsi başlanıb (FOTO)
Vidadi Muradovun cinayət işinə xitam verilib
11 koronavirus xəstəsi saxlanılıb, 1 nəfərə cinayət işi açılıb
Töhmət verilən müəllim nazirliyin qərarından narazıdı: Xəbərim olmayıb
Lənkəranda narkotik satan ana-oğul saxlanılıb (FOTO)
Salyanda mağaza yanıb
Korçay qoruğunun mühafizə rejimini pozan şəxslər cəzalandırılıb
Xarici valyutaların manata qarşı məzənnələri
Mədəniyyət naminə sülh təşəbbüsü ilə bağlı fəaliyyət planı üzərində iş aparılır
Salyan sakini elektrik cərəyanı vurması nəticəsində ölüb
Toyda karantini pozan 1 nəfər həbs edilib, 2 nəfər cərimələnib
Hacıqabulda yaşadığı evi tərk edən COVID-19 xəstəsi saxlanılıb
Qırğızıstan-Tacikistan sərhədində atışmada 11 Qırğızıstan əsgəri yaralanıb
Amerikalı professor Mingəçevir Dövlət Universitetində seminar keçib (FOTO)
Xorvatiya şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə investisiya imkanları ilə bağlı danışıqlar aparır - Səfir (Müsahibə) (FOTO)
Qırğızıstan-Tacikistan sərhədində vəziyyət sabitdir
İlon Mask 21 milyard dollardan çox vəsait itirib
Daha üç Qırğızıstan vətəndaşı sərhəddə baş verən atışma zamanı yaralanıb
Türkiyə XİN BMT-nin Kiprdəki sülhməramlılarının mandatının uzadılmasına dair açıqlama yayıb
“Neftçi” növbəti transferini reallaşdırıb
Şimali Koreya uzaq mənzilli ballistik raket sınağını keçirib
Türkiyədə ötən sutka koronavirusa 82 mindən artıq yoluxma qeydə alınıb
Qırğızıstan və Tacikistan qoşunların sərhəddən çıxarılması barədə razılığa gəliblər (ƏLAVƏ OLUNUB)
"Barselona" yeni hücumçusu ilə müqavilə imzalayıb
Dünyada koronavirusa yoluxanların sayı 360 milyonu keçib
Tacikistan sərhəddə baş verən insident nəticəsində mülki əhali arasında itkilər olduğunu bildirib
Hindistanın xarici siyasətində tarazlığın bərpa edilməsi
Mərkəzi Gömrük Hospitalında 1600-dən çox koronavirus xəstəsi stasionar müalicə alıb - DGK sədri
İdxal-ixrac göstəricilərinin təhlil edilməsi məqsədilə "Tableau" proqramının tətbiqinə başlanılıb - Səfər Mehdiyev
FHN-nin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ - mədən Nəzarəti Dövlət Agentliyində görüş keçirilib (FOTO)
Bütün xəbərlər