...

İmişlidə iki yem emalı müəssisəsi istifadəyə verilib (FOTO)

İqtisadiyyat Materials 7 Mart 2018 16:47 (UTC +04:00)

Bakı. Trend:

Bu gün ABŞ və Azərbaycan hökumətlərinin, habelə yerli sakinlərin birgə səyləri nəticəsində İmişli rayonunun Nurulu və Şahverdili kənd sakinləri yeni yem və toxum təmizləmə məntəqələrinin açılışını qeyd ediblər.

ABŞ-ın Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumata görə, bu məntəqələr yerli fermerlərə özlərinin mal-qara və quş təsərrüfatları üçün münasib qiymətə yem əldə etməyə imkan yaradacaq. Bir çox kənd sakinləri öz torpaqlarında yonca və arpa əksələr də, həmin məntəqələr qurulmamışdan öncə toxumları təmizləmək üçün rayon mərkəzinə uzun məsafə gət etməli olurdular. İndi isə yerli sakinlər məhsullarını məhz öz icmalarında yemə çevirə biləcəklər.

Bu yeni məntəqələr həmin icmalardan maldarlıq, quşçuluq və kənd təsərrüfatı ilə məşğul olan 600-ə yaxın ailənin vaxtına, puluna və enerjisinə qənaət etməyə kömək edəcək. Həmin məntəqələri tikmək ideyası icmaların özlərindən gəlib: onlar yerli liderlərdən ibarət şura quraraq bu layihələri işləyib hazırlayıblar. Bu layihələr Amerika xalqı adından fəaliyyət göstərən USAID və Azərbaycan hökuməti tərəfindən birgə maliyyələşib və Şərq-Qərb İdarəetmə İnstitutu (EWMI) tərəfindən icra olunub.

ABŞ və Azərbaycan 101 müxtəlif icmada 116 icma layihəsi, onlardan 62-si məhz Aran zonasında həyata keçirib. Bu layihələrdən 189,000-ə yaxın insan faydalana bilir. Bu lahiyələr Amerika xalqı adından göstərilən yardım sayəsində həyata keçirilib və EWMI tərəfindən icra olunub. EWMI rayonlarda sosial-iqtisadi inkişafı artırmaq və həyat səviyyəsini yaxşılaşdırmaq üçün vətəndaşların, vətəndaş cəmiyyəti təşkilatlarının, habelə yerli və mərkəzi hökumət nümayəndələrinin əməkdaşlığını təşviq edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti