...

Sifarişli səyyar ASAN xidmət “Trend”də (FOTO)

İqtisadiyyat Materials 9 Mart 2018 12:23 (UTC +04:00)
Sifarişli səyyar ASAN xidmət Trend müstəqil informasiya agentliyində olub.
Sifarişli səyyar ASAN xidmət “Trend”də (FOTO)

Bakı. Trend:

Sifarişli səyyar ASAN xidmət Trend müstəqil informasiya agentliyində olub.

Trend-in məlumatına görə, iş yükünün çoxluğunu nəzərə alan agentliyin bir sıra əməkdaşları Sifarişli səyyar ASAN xidmətə müraciət edərək çalışdıqları yerdəcə xidmətlərdən yararlanıblar. Jurnalistlərə “ASAN Kommunal” mərkəzlərində “Azəriqaz” İstehsalat Birliyi tərəfindən həyata keçirilən “Abonent məlumatlarına dəyişikliyin edilməsi” və “Müqavilələrin bağlanması” üzrə xidmət göstərilib.

Qeyd edək ki, Prezident yanında Vətəndaşlara xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “İnnovasiyalar Mərkəzi” tərəfindən həyata keçirilən Sifarişli səyyar ASAN xidmət, vaxt itkisini azaltmaq, vaxt çatışmazlığı səbəbəilə “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edə bilməyən şəxslərə yardım etmək məqsədilə, qanunla nəzərdə tutulmuş qaydada əlavə ödəniş aparılmaqla şəxsin iş və ya yaşayış yerini, habelə olduğu yeri tərk etmədən xidmətlərdən yararlanması üçün nəzərdə tutulub. Yəni, xidmətin həyata keçirilməsi üçün tələb edilən sənədlər və xidmətin nəticəsi olaraq şəxsə verilməli olan sənədlər onun yaşayış və ya iş yerində, habelə olduğu yerdə təhvil götürülə və təhvil verilə bilər.

Onu da qeyd edək ki, sosial həmrəyliyin təmin edilməsi məqsədi ilə səyyar xidmətlər kənardan qulluğa və yardıma ehtiyacı olan 1-ci qrup əlillər və sağlamlıq imkanları məhdud uşaqlar üçün əlavə səyyar xidmət haqqı ödənilmədən həyata keçirilir. Xidmətin sifarişi 9-108çağrı mərkəzi tərəfindən həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti