...

Virtual pullar bahalaşmağa başladı - SON QİYMƏTLƏR

İqtisadiyyat Materials 13 Aprel 2018 13:27 (UTC +04:00)
Kriptovalyuta bazarında virtual pulların qiymətlərində ardıcıl artım qeydə alınmağa başlayıb.
Virtual pullar bahalaşmağa başladı - SON QİYMƏTLƏR

Bakı. Trend:

Kriptovalyuta bazarında virtual pulların qiymətlərində ardıcıl artım qeydə alınmağa başlayıb.

Trend-in məlumatına görə, bitkoinin qiyməti yenidən 7 min dollar həddini keçib.

Belə ki, "CoinMarketCap" portalının məlumatlarına əsasən, bitkoinin qiyməti 12,39% bahalaşaraq 7,785 min dollar təşkil edib.

Alternativ kriptovalyutaların qiymətində artım davam edir. Belə ki, "Ethereum" 13% və ya 485,33 dollaradək, "Ripple" 16,77% (0,61 dollara qədər), "Bitcoin Cash" isə 8,53% (731,6 dollaradək) bahalaşıb.

Kriptovalyuta bazarının kapitallaşması hazırda 271,2 milyard dollar təşkil edir. Bu göstəricinin 44%-ə yaxını bitkoinin payına düşür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti