...

Ötən il Azərbaycanda 2014,7 min kv.m-lik yeni yaşayış evləri tikilib

İqtisadiyyat Materials 24 Aprel 2018 11:23 (UTC +04:00)
Ötən il Azərbaycanda 2014,7 min kv.m-lik yeni yaşayış evləri tikilib.
Ötən il Azərbaycanda 2014,7 min kv.m-lik yeni yaşayış evləri tikilib

Bakı. Trend:

2017-ci ildə Azərbaycanda bütün maliyyə mənbələri hesabına ümumi sahəsi 2014,7 min kvadrat metr olan yeni yaşayış evləri tikilərək istifadəyə verilib.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, istifadəyə verilmiş ümumi sahənin 102,9 min kv.m-i doğma yurdlarını tərk etmiş məcburi köçkünlər üçün tikilmiş evlərin payına düşür.

İl ərzində mənzil tikintisində istifadə edilmiş vəsaitin həcmi 960,3 milyon manat olub, onun 149,8 milyon manatı dövlət, 810,5 milyon manatı isə qeyri-dövlət mülkiyyətində olan müəssisə və təşkilatların, habelə əhalinin payına düşüb.

Ölkə vətəndaşları mənzil şəraitlərinin yaxşılaşdırması məqsədilə şəxsi vəsaitləri hesabına 2017-ci ildə 11,5 min yaşayış evi tikiblər ki, onların əksəriyyəti Naxçıvan Muxtar Respublikasında, Bakı, Sumqayıt və Lənkəran şəhərlərində, Abşeron, Şəmkir, Sabirabad, Qazax, Cəlilabad və Tovuz rayonlarında inşa edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti