Bakı. Trend:
“TAC” MMC əhalinin keyfiyyətli içməli su ilə təmin edilməsi üçün Azərbaycanda yaradılan ilk şirkətlərdən biri olaraq artıq 21 ildir ki fəaliyyət göstərməkdədir. Bu müddət ərzində "TAC" MMC daxili bazarı “Aquavita”, “Şahdağ”, “Gülüstan”, “Jingo”, “Nicetea”, “Kvas” markalı su və sərinləşdirici içkilər ilə təmin etməkdədir.
Trend-in məlumatına görə, “TAC” MMC yeni vakansiyalar üzrə müsabiqə elan edir. Dinamik inkişaf efən komandaya qoşulmaq istəyənlər, müvafiq vakansiya üzrə müraciət edə bilər.
VAKANSİYALAR:
- Ofis menecer (Tələblər: ali təhsilli, müvafiq sahədə iş təcrübəsi, azərbaycan və rus dili bilikləri, Bakı və Sumqayıt qeydiyyatı, yaş həddi 25-35) 400 + AZN
- Baş mühasib (Tələblər: ali iqtisad təhsilli, ən azı 3 il baş mühasib kimi iş təcrübəsi, azərbaycan və rus dili bilikləri, 1C (8.3) və ofis proqramlarını mükəmməl bilməli, Bakı və Sumqayıt qeydiyyatı, yaş həddi 25-45) 1000 + AZN
- Satış təmsilçisi (Tələblər: ali təhsilli, müvafiq sahədə iş təcrübəsi, şəxsi avtomobil, azərbaycan və rus dili bilikləri, Bakı və Sumqayıt qeydiyyatı, yaş həddi 25-35) 500-600 AZN
- Proqramçı (Tələblər: ali təhsilli, ORACLE, C# proqramları üzrə biliklər, müvafiq sahədə iş təcrübəsi, Bakı və Sumqayıt qeydiyyatı) 800+ AZN
- Sürücü və ekspeditorlar (Tələblər: kateqoriya BC, müvafiq sahədə iş təcrübəsi, Bakı və Sumqayıt qeydiyyatı, yaş həddi 25-45) 300-450 AZN
- Operator (Tələblər: ali texniki təhsilli, müvafiq sahədə iş təcrübəsi, azərbaycan və rus dili bilikləri, Bakı və Sumqayıt qeydiyyatı, yaş həddi 25-35) 500-600 AZN
- Elektronçu (Tələblər: ali texniki təhsilli, müvafiq sahədə iş təcrübəsi, azərbaycan və rus dili bilikləri, Bakı və Sumqayıt qeydiyyatı, yaş həddi 25-35) 500-600 AZN
Qeyd: Bütün namizədlər ilkin sınaq müddəti şərti ilə işə qəbul olunacaqlar.
Müraciət üçün namizədlər CV-ləri mövzu hissəsində müraciət olunan vakansiyanı qeyd etməklə [email protected] ünvanına göndərə bilərlər.
Ətraflı məlumat üçün (012)4472991; (050)2252767