...

Səyyar ASAN xidmət regionlarda fəaliyyətini davam etdirir

İqtisadiyyat Materials 11 İyun 2018 13:07 (UTC +04:00)
Səyyar ASAN xidmət regionlarda fəaliyyətini davam etdirir
Səyyar ASAN xidmət regionlarda fəaliyyətini davam etdirir

Bakı. Trend:

Səyyar ASAN xidmət regionlarda fəaliyyətini davam etdirir.

Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə
Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, səyyar ASAN xidmət 18 may – 14 iyun Ağcabədi şəhərində, 24 may – 22 iyun Salyan şəhərində, 29 may - 27 iyun Xudat şəhərində, 30 may - 28 iyun Qazax şəhərində, 30 may – 13 iyun Mərdəkan qəsəbəsində, 4 – 13 iyun Göytəpə şəhərində, 4 – 14 iyun Aşağı Ağcakənd qəsəbəsində, 4 iyun – 3 iyul Qax şəhərində, 11 – 20 iyun Pirəkəşkül qəsəbəsində, 12 – 21 iyun Horadiz şəhərində vətəndaşlara səyyar formada xidmət göstərəcək.

Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Bu xidmətlərə aşağıdakılar daxildir:

Notariat fəaliyyəti;

Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;

Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;

Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;

Sürücülük vəsiqələrinin dəyişdirilməsi;

Əmək pensiyalarının təyin edilməsi;

Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;

Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;

Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi.

Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti