Bakı. Ənvər Məmmədov - Trend:
ABŞ Federal Ehtiyat Sisteminin (FES) uçot dərəcəsini artırması Azərbaycan manatına birbaşa təsir göstərməyəcək.
Trend-in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.
E.Rüstəmov qeyd edib: "FES-in dərəcəni artırmasının bizə birbaşa təsiri yoxdur, lakin dünya iqtisadiyyatı üçün bu, mühüm göstəricidir. Azərbaycan maliyyə bazarı dünya bazarına hələ elə də güclü inteqrasiya olunmayıb, buna görə də FES-in qərarı ölkəmizdə yalnız psixoloji təsirə səbəb ola bilər".
Xatırladaqk i, ABŞ Federal Ehtiyat Sistemi iyunun 12-13-də keçirilən iclasın yekunu üzrə baza faiz dərəcəsini 0,25 faiz bəndi – illik 1,5-1,75 faizdən 1,75-2 faizədək artırıb.