Bakı. İlkin Bağırov - Trend:
Rusiya ilə sərhəddə yerləşən Xaçmaz Gömrük İdarəsinin "Xanoba" gömrük-keçid məntəqəsinin yerində beynəlxalq standartlara və müasir prinsiplərə cavab verən yeni məntəqənin inşası planlaşdırılır.
Trend xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin Texnoloji İnnovasiyalar İdarəsinin rəisi Azər Abasov deyib.
İdarə rəisi qeyd edib ki, mövcud gömrük-keçid məntəqəsi müasir tələblərə tam cavab vermir. Ona görə də yenisi ilə əvəzlənməsi nəzərdə tutulur.
A.Abasov qeyd edib ki, artıq bu məsələ ilə bağlı komissiya yaradılıb və layihənin həyata keçiriməsi üçün müəyyən işlərə başlanılıb.
Məntəqənin inşası birtərəfli qaydada Azərbaycan tərəfindən aparılacaq.