...

Bitkoin 6,6 min dolları keçdi

İqtisadiyyat Materials 4 İyul 2018 00:15 (UTC +04:00)
Dünyada ən populyar kriptovalyuta olan bitkoin bu gün böyük artım nümayiş etdirib
Bitkoin 6,6 min dolları keçdi

Bakı. Trend:

Dünyada ən populyar kriptovalyuta olan bitkoin bu gün böyük artım nümayiş etdirib.

Trend-in məlumatına görə, bitkoin 6,6 min dollar həddini keçib.

"CoinMarketCap" portalının məlumatına əsasən bitkoinin qiyməti son sutka ərzində 5,06% ucuzlaşaraq 6 654 dollar təşkil edib.

Alternativ kriptovalyutalar da bahalaşıb. Belə ki, "Ethereum" 7,29% və ya 481,96 dollaradək bahalaşıb, "Ripple" 11,66% (0,51 dollara qədər), "Bitcoin Cash" 11,33% (813,11 dollaradək) bahalaşıb.

Kriptovalyuta bazarının kapitallaşması hazırda 275,52 milyard dollar təşkil edir və bunun 41,4 faizi bitkoinin payına düşür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti