...

Virtual pul bazarı "oynayır"

İqtisadiyyat Materials 6 İyul 2018 07:03 (UTC +04:00)
Dünyada ən populyar kriptovalyuta olan bitkoin bu gün bahalaşıb
Virtual pul bazarı "oynayır"

Bakı. Trend:

Dünyada ən populyar kriptovalyuta olan bitkoin bu gün bahalaşıb.

Trend-in məlumatına görə, bitkoin 6,6 min dollar həddini yenidən keçib.

"CoinMarketCap" portalının məlumatına əsasən bitkoinin qiyməti son sutka ərzində 1,8% bahalaşaraq 6 619 dollar təşkil edib.

Alternativ kriptovalyutalar da bahalaşıb. Belə ki, "Ethereum" 3,11% və ya 475,38 dollaradək bahalaşıb, "Ripple" 1,89% (0,49 dollara qədər), "Bitcoin Cash" 0,93% (764,21 dollaradək) bahalaşıb.

Kriptovalyuta bazarının kapitallaşması hazırda 271,89 milyard dollar təşkil edir və bunun 41,7 faizi bitkoinin payına düşür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti