...

Azərbaycan qızılından külçə və sikkələr istehsal olunacaq

İqtisadiyyat Materials 31 Avqust 2018 12:57 (UTC +04:00)
“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan istehsalı olan qızıldan və gümüşdən sikkə və külçələrin hazırlanması layihəsinə başlayıb.
Azərbaycan qızılından külçə və sikkələr istehsal olunacaq

Bakı. Trend:

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan istehsalı olan qızıldan və gümüşdən sikkə və külçələrin hazırlanması layihəsinə başlayıb.

"AzerGold"dan Trend-ə verilən məlumata görə, külçə və sikkələrin hazırlanması Cəmiyyətin inkişaf strategiyası əsasında icra olunur.

Layihə ölkənin qızıl hasilatçısı kimi yerli və beynəlxalq bazarlarda tanıtımı, “Made in Azerbaijan” brendinin təşviqi ilə yanaşı, yerli sahibkarlıq subyektlərinə dəstəyin təmin edilməsi və daxili bazarın inkişaf etdirilməsi məqsədini daşıyır. 999.9 əyarlı külçə və sikkələrin istehsalı və “AzerGold” brendi altında təqdim edilməsi yerli bazarda məhsul çeşidinin artırılması və əlverişli iqtisadi münasibətlərin inkişafına təkan verəcəkdir. Nominal dəyəri olmayan qızıl və gümüş sikkələr, həmçinin qızıl külçələr üç çəkidə olacaq: 5, 10 və 20 qram.

İstehsalın ilkin mərhələsində qızıl və gümüş sikkələrin “Heydər Əliyev Mərkəzi”, “Qobustan” və Qarabağ xalçasının naxışı “Çələbi” olmaqla üç müxtəlif dizaynda istehsal edilməsi planlaşdırılır. Bütün məhsulların üzərində Azərbaycan qızılı/gümüşü olduğu qeyd olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti