...

Azərbaycanda qızıla investisiya yatırıla bilərmi? - Rəsmi cavab

İqtisadiyyat Materials 23 Oktyabr 2018 07:55 (UTC +04:00)
Hazırda investisiya proqramına dəyişiklik edilməsi...
Azərbaycanda qızıla investisiya yatırıla bilərmi? - Rəsmi cavab

Bakı. Trend:

Son zamanlar dünya fond bazarlarında dinamika və regionda Azərbaycanın qonşularının dollarda əməlliyatların azaldılmasına cəhdləri, hətta dollardan imtina etmək istəkləri qızıla marağı artırır.

Azərbaycan Mərkəzi Bankından qızıla investisiyaları artırmaqla bağlı Trend-in sorğusuna cavab olaraq bildirilib ki, Mərkəzi Bank valyuta ehtiyatlarını xarici maliyyə institutlarında depozitlərə, xarici ölkələrin sabit gəlirli qiymətli kağızlarına, eləcə də qızıla investisiya edə bilər.

Məlumatda deyilir ki, cari il üçün müəyyənləşdirilmiş investisiya proqramında valyuta ehtiyatlarının qızıla investisiya edilməsi nəzərdə tutulmayıb və hazırda investisiya proqramına dəyişiklik edilməsi nəzərdən keçirilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti