...

Bitkoin cüzi bahalaşıb

İqtisadiyyat Materials 8 Sentyabr 2018 00:29 (UTC +04:00)
Dünyada ən populyar kriptovalyuta olan bitkoin kəskin ucuzla.madan sonra bir qədər bahalaşıb
Bitkoin cüzi bahalaşıb

Bakı. Trend:

Dünyada ən populyar kriptovalyuta olan bitkoin kəskin ucuzla.madan sonra bir qədər bahalaşıb

Trend-in məlumatına görə, bitkoin 6,5 min dollar ətrafında alınıb satılır.

"CoinMarketCap" portalının məlumatına əsasən, bitkoinin qiyməti son sutka ərzində 1,36% artaraq 6,53 min dollar təşkil edib.
Alternativ kriptovalyutaların qiyməti də bahalaşıb.

Belə ki, "Ethereum" 1,04% və ya 229,15 dollaradək, "Ripple" 4,1% (0,29 dollara qədər), "Bitcoin Cash" isə 3,05% (516,83 dollaradək) bahalaşıb.

Kriptovalyuta bazarının kapitallaşması hazırda 207 milyard dollar təşkil edir və bunun 54% faizi bitkoinin payına düşür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti