...

Mehdiabad-Pirşağı avtomobil yolunun yenidən qurulması yekunlaşır (FOTO/VİDEO)

İqtisadiyyat Materials 11 Sentyabr 2018 11:33 (UTC +04:00)
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı şəhərində uzunluğu 107,8 km olan 13 avtomobil yolu layihəsinin icrası həyata keçirilir ki, artıq bu layihələrdən bir neçəsində işlər yekunlaşıb və ya yekunlaşmaq üzrədir.
Mehdiabad-Pirşağı avtomobil yolunun yenidən qurulması yekunlaşır (FOTO/VİDEO)

Bakı. Trend:

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı şəhərində uzunluğu 107,8 km olan 13 avtomobil yolu layihəsinin icrası həyata keçirilir ki, artıq bu layihələrdən bir neçəsində işlər yekunlaşıb və ya yekunlaşmaq üzrədir.

Agentlikdən Trend-ə verilən məlumata görə, bu cür layihələrdən biri 20 mindən artıq əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Mehdiabad-Pirşağı avtomobil yoludur.

7.2 km uzunluğunda olan yol əsaslı şəkildə təmir olunmadan istismar olunduğu üçün asfalt-beton örtükdə qabarmalar və deformasiyalar əmələ gəlmişdi. Bu isə hərəkətin fasiləsiz və təhlükəsiz təmin olunmasına maneə yaradırdı. Avtomobil yolunun yenidən qurulması ilə sadalanan problem artıq öz həllini tapır.

Texnoloji ardıcıllıqla aparılan tikinti işləri çərçivəsində 11 avtobus dayanacağı və yol boyu yeni yol nişanları quraşdırılacaq, 18 km uzunluğunda yolcizgi, yolgöstərici və piyada zolaqlarının çəkilişi işləri aparılacaq. Tərtib olunmuş qrafikə uyğun işlərin yaxın aylarda yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti