...

Gömrükdən narkotik keçirməyə cəhd edən 169 nəfər saxlanılıb - 26-sı qadındır (FOTO) (YENİLƏNİB)

İqtisadiyyat Materials 12 Sentyabr 2018 11:08 (UTC +04:00)
Dövlət Gömrük Komitəsi 8 ayda 6155 qanun pozuntusu aşkar edib.
Gömrükdən narkotik keçirməyə cəhd edən 169 nəfər saxlanılıb - 26-sı qadındır (FOTO) (YENİLƏNİB)

Bakı. Ənvər Məmmədov - Trend:

Dövlət Gömrük Komitəsi (DGK) 2018-ci ilin 8 ayında 6155 qanun pozuntusu aşkar edib.

Trend-in məlumatına görə, bunu mətbuat konfransında Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib.

S.Mehdiyev bildirib ki, qeyd olunan qanun pozuntularından 458-i cinayət tərkiblidir: "Qaçaq yolla gətirilən malların dəyəri 6,14 milyon manat təşkil edib".

DGK sədri qeyd edib ki, ötən müddətdə narkotrafiklə mübarizə çərçivəsində narkotik daşınması üzrə 150 cəhdin qarşısı alınıb:

"Nəticədə 1000 tondan çox narkotik vasitə müsadirə olunub, 169 nəfər saxlanılıb. Onlardan 26-sı qadın, 37-si xarici vətəndaşdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti