...

Masallıda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına 1 milyon manat ayrılıb

İqtisadiyyat Materials 18 Sentyabr 2018 17:32 (UTC +04:00)
Masallıda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına 1 milyon manat ayrılıb.
Masallıda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına 1 milyon manat ayrılıb

Bakı. Trend:

Prezident İlham Əliyev Masallı rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Masallı rayonunda 3230 hektar əkin sahəsinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə 37 kiçik sututarında zəruri təmir-bərpa işlərinin aparılması üçün Azərbaycanın 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ilkin olaraq 1 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə tapşırılır ki, sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

İqtisadiyyat Nazirliyinə Azərbaycanın 2019-cu il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə bu sərəncamda göstərilən sututarlarında təmir-bərpa işlərinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini nəzərdə tutmaq tapşırılır.

Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti