...

Bakıda IX Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək

İqtisadiyyat Materials 25 Sentyabr 2018 18:16 (UTC +04:00)
Sentyabrın 27-də Bakıda növbəti Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək.
Bakıda IX Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək

Bakı. Trend:

Sentyabrın 27-də Bakıda növbəti Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək.

Bu barədə Trend-ə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

İqtisadiyyat Nazirliyinin və Rusiya İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək IX Azərbaycan-Rusiya Regionlararası Forumu 2 gün davam edəcək. Tədbirdə Azərbaycan və Rusiya tərəfdən dövlət qurumlarının, parlamentlərin, icra hakimiyyəti orqanlarının nümayəndələrinin, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların və KİV nümayəndələrinin iştirakı nəzərdə tutulur.

Forum çərçivəsində rəsmi şəxslərin və işgüzar dairələrin iştirakı ilə Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar Şuralarının geniştərkibli iclası, sənaye və energetika, turizm, kənd təsərrüfatı, kiçik və orta sahibkarlıq, nəqliyyat və tranzit, qadın sahibkarlığı və humanitar sahələrdə əməkdaşlığa dair dəyirmi masalar, plenar iclas keçiriləcək.

Rusiya nümayəndə heyəti həmçinin, Azərbaycanda fəaliyyət göstərən bir sıra istehsal və emal müəssisələri ilə tanış olacaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti