...

Yenilənmiş Hesab.az təqdim olunub

İqtisadiyyat Materials 26 Sentyabr 2018 14:18 (UTC +04:00)
Sentyabrın 25-də ölkənin ən böyük ödəmə portalı olan Hesab.az-ın yenilənmiş saytı və mobil tətbiqinin geniş ictimaiyyətə təqdimetmə mərasimi keçirilib.
Yenilənmiş Hesab.az təqdim olunub

Bakı. Trend:

Sentyabrın 25-də ölkənin ən böyük ödəmə portalı olan Hesab.az-ın yenilənmiş saytı və mobil tətbiqinin geniş ictimaiyyətə təqdimetmə mərasimi keçirilib.

Media nümayəndələrinin, tanınmış bloqerlərin iştirak etdiyi mərasimi giriş sözü ilə açan “GoldenPay” ASC-nin İdarə Heyətinin sədri Naina xanım Mehdiyeva 2011-ci ildə fəaliyyətə başlayan Hesab.az portalının ötən müddət ərzində keçdiyi inkişaf yolu, istifadəçilərin ixtiyarına verilən ödəniş növləri barədə qısa məlumat verib.

Əsas məqsədin insanların ödəniş vərdişlərinin dəyişdirilməsi və onların rahatlığına hesablanmış xidmətlərin tətbiq edilməsi olduğunu vurğulayan Naina xanım Hesab.az saytının və mobil tətbiqinin yenilənməsi zərurətindən söz açıb. Onun sözlərinə görə, bir neçə il əvvəl insanlar onlayn ödəniş etməyə tam inanmadıqları halda, bu gün artıq bu xidmətin daha funksional və həyatın ritminə uyğun şəkildə çalışmasını tələb edirlər. Məhz müştəri istəkləri və məmnunluğunun, eyni zamanda yenilikçi fikirlərin tətbiq edilməsinin əsas tutulması portalın yenilənməsini zəruri edib.

Yeniliklərin bundan sonra da davam edəcəyini vurğulayan Naina Mehdiyeva deyib: “Bu gün Hesab.az portalına yüzdən çox şirkət inteqrasiya olunub və gələcəkdə onların sayının artacağı da şübhəsizdir. Yaxın illərdə həyata keçirməyi hədəflədiyimiz ən önəmli yeniliklər sırasında isə Hesab.az kartının buraxılması və ödənişlərin onunla edilməsi, bundan başqa banklardan kredit sifarişi, pul köçürmələrinin həyata keçirilməsi kimi xidmətlər yer alır”.

Ardınca çıxış edən İdarə Heyətinin üzvü Tuğba Uçar portalda istifadəçiləri gözləyən yeniliklər barədə məlumat verib. Həm saytın, həm də tətbiqin görünüş və funksionallıq baxımından istifadəçilərin rahatlığını düşünərək yeniləndiyini çatdıran Tuğba xanım deyib: “İstifadəçilərin mobil nömrə və ya sosial şəbəkə hesabları ilə qeydiyyatdan keçmələri, istifadəçi profilinin yaradılması, profildə mövcud borcların göstərilməsi, yadda saxlanılan ödənişlərin sonralar avtomatik olaraq yerinə yetirilməsi kimi yeniliklər Hesab.az istifadəçilərinin ixtiyarına verilib”.

Tuğba Uçar artıq bir neçə gündür istifadəyə verilən yenilənmiş tətbiqin insanlar tərəfindən müsbət qarşılandığını və sosial media vasitəsilə xoş fikirlərini çatdırdıqlarını bildirib.

Hesab.az portalında istifadəyə verilən yeniliklərin əks olunduğu tanıtım videosu nümayiş olunduqdan sonra media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti