...

İran Azərbaycanla baytarlıq məhsullarının ticarətinin sadələşdirilməsi üzrə əməkdaşlıqda maraqlıdır

İqtisadiyyat Materials 8 Oktyabr 2018 16:18 (UTC +04:00)
İran Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi ilə baytarlıq sahəsinə aid məhsulların ticarətinin sadələşdirilməsi üzrə əməkdaşlıq etməkdə maraqlıdır.
İran Azərbaycanla baytarlıq məhsullarının ticarətinin sadələşdirilməsi üzrə əməkdaşlıqda maraqlıdır

Bakı. Trend:

İran Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi ilə baytarlıq sahəsinə aid məhsulların ticarətinin sadələşdirilməsi üzrə əməkdaşlıq etməkdə maraqlıdır.

Trend-in məlumatına görə, bunu İranın Baytarlıq Təşkilatının sədri Əlirza Rəfipur İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin baytarlıq qurumlarının rəhbərlərinin iclasında çıxışı zamanı deyib.

İclası problemlərin aradan qaldırılması üçün fürsət adlandıran İran rəsmisinin sözlərinə görə, məhsulların gigiyenik sağlamlığı haqda lisenziya mübadiləsi, bufer zonalarda xəstəliklərə nəzarət vacıb məsələlərdəndir.

Qeyd edək ki, İƏT-ə üzv ölkələrin baytarlıq təşkilatlarının rəhbərlərinin 3-cü iclası 10 ildən sonra ötən gün Tehranda işə başlayıb və 3 gün müddətinə davam edəcək.

İƏT regional iqtisadi təşkilatdır. Təşkilat hazırda 330 milyon əhalisi olan 10 üzvü ilə böyük bir ərazidə neft, qaz və sənaye imkanlarını əhatə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti