Bakı. Elnur Bağışov - Trend:
Bu il İranda əlverişsiz hava şəraitinə baxmayaraq 90 min ton zeytun istehsalı proqnozlaşdırılır.
Trend-in məlumatına görə, İranın Milli Zeytun Şurasının üzvü Nadir Cəlalət deyib ki, Gülüstan, Simnan və mərkəzi vilayətlərdə soyuq hava şəraiti, Fars vilayətində isə quraqlığın olmasına baxmayaraq, ötən illə müqayisədə zeytun istehsalında o qədər də azalma olmayacaq.
O, əlavə edib ki, ötən il istehsal olunan 90 min ton zeytunun 60-70 min tonu konservə, qalanı isə zeytun yağına ayrılıb. Bu il isə məhsulun 50%-nin zeytun yağı istehsalına ayrılacağı proqnozlaşdırılır.