...

Nazir: Azərbaycan ümid edir ki, Bolqarıstan-Yunanıstan qaz bağlantısı layihəsi tezliklə həyata keçiriləcək

İqtisadiyyat Materials 2 Noyabr 2018 18:28 (UTC +04:00)
Azərbaycan ümid edir ki, Bolqarıstan-Yunanıstan qaz bağlantısı layihəsi tezliklə həyata keçiriləcək.
Nazir: Azərbaycan ümid edir ki, Bolqarıstan-Yunanıstan qaz bağlantısı layihəsi tezliklə həyata keçiriləcək

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan ümid edir ki, Bolqarıstan-Yunanıstan qaz bağlantısı layihəsi tezliklə həyata keçiriləcək.

Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bolqarıstanın "Focus" informasiya agentliyinə müsahibəsində deyib.

Nazir bildirib ki, enerji sahəsi Azərbaycan-Bolqarıstan münasibətlərinin iqtisadi bünövrəsini təşkil edərək ölkələrimiz arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün mühüm zəmin təşkil edir: "Ümid edirik ki, Bolqarıstan-Yunanıstan qaz bağlantısı layihəsi tezliklə həyata keçiriləcək və beləliklə 2020-ci ildən etibarən Azərbaycan qazının Bolqarıstana nəqlini mümkün edərək həm enerji, həm də digər sahələrdə əməkdaşlıq üçün yeni və əlavə imkanlar açacaq".

E.Məmmədyarov qeyd edib ki, Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan Yunanıstan-Bolqarıstan qaz bağlantısı vasitəsilə nəql olunacaq 1 milyard kubmetr Azərbaycanın təbii qazı isə Bolqarıstanın təbii qaza hazırkı tələbatının üçdə birinə bərabərdir: "Bununla yanaşı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Bolqarıstanın qazlaşdırılması prosesində iştirakı məsələsi gündəmdədir".

Nazir deyib ki, 6-8 noyabr 2018-ci il tarixlərində Sofiya şəhərində Azərbaycanla Bolqarıstan arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın növbəti 5-ci iclasının, eləcə də iclas çərçivəsində Azərbaycanın 30-a yaxın qida məhsulları və şərab istehsalı sahəsində fəaliyyət göstərən şirkətlərinin nümayəndələrinin iştirakı ilə ixrac missiyası və biznes forumun təşkili nəzərdə tutulur:

"Vurğulamaq istərdim ki, energetika, nəqliyyat, kənd təsərrüfatı, turizm, İKT və ətraf mühit kimi sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün qarşılıqlı maraq və geniş imkanlar mövcuddur. Ümidvarıq ki, komissiyanın iclası və ixrac missiyasının səfəri ölkələrimiz arasında ticarət-iqtisadi münasibətlərin daha da inkişaf etdirilməsinə töhfə verəcək. Ümumiyyətlə, Azərbaycan-Bolqarıstan münasibətlərinin perspektivləri baxımdan nikbinik. Azərbaycan Bolqarıstanla əməkdaşlığı bir çox sahələr üzrə dərinləşdirmək və genişləndirmək niyyətindədir və bu arzunun qarşılıqlı olmasından məmnunuq. Bu xüsusda əminik ki, bundan sonra da həm ikitərəfli səviyyədə, həm də çoxtərəfli platformalar, o cümlədən Avropa İttifaqı çərçivəsində siyasi dialoqumuz yüksək səviyyədə davam edərək strateji tərəfdaşlığımızı irəlilədəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti