Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyənin İzmir limanı dəmir yolu vasitəsilə Bakı-Tbilisi-Qars (BTQ) dəmiryol dəhlizi ilə birləşdiriləcək.
Bu barədə Trend-ə Türkiyənin Nəqliyyat, Gəmiçilik və Kommunikasiya Nazirliyindəki mənbə bildirib.
Onun sözlərinə görə, hazırda layihə hazırlıq mərhələsindədir.
Mənbə onu da bildirib ki, İzmir limanının BTQ ilə birləşdirilməsi Türkiyə ərazisində yük daşımalarının artmasına xidmət edəcək.