Bakı. Trend:
2018-ci il ərzində "ASAN xidmət" və ASAN kommunal mərkəzləri vasitəsi ilə "Azərişıq" ASC-yə 3000 sahibkar müraciət edib.
Trend-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında “Azərişıq” ASC-nin Perspektiv inkişaf və “ASAN xidmət”lə iş idarəsinin rəisi Elsevər Rüstəmli bildirib.
E.Rüstəmlinin sözlərinə görə, ötən il bu rəqəm 1 000 olub:
"Bu il "ASAN xidmət" və ASAN kommunal mərkəzləri vasitəsi ilə "Azərişıq" ASC-yə 40 min abonent müraciət edib. Ümumi müraciətlərin sayına gəlincə isə bu 203 min olub ki, ötən il bu rəqəm 140 min təşkil edib. Gün ərzində 200-dən artıq müraciət qeydə alınır ki, bunun da 30-35%-i Bakının payına düşür".
"Azərişıq" rəsmisi deyib ki, gələn il üçün 200-dən artıq kəndin elektrik enerjisi şəbəkəsinin yenidən qurulması nəzərdə tutulur. Bütün kəndlərdə 0,4 kVt-luk şəbəkələr qurulacaq:
"Hazırda "ASAN xidmət" 13 xidmət göstərilir. Növbəti il üçün daha 2 xidnət bu siyahıya əlavə ediləcək və 15-ə çatdırılacaq".