...

Azərbaycan mikromaliyyə bazarına manat vəsaitlərinin cəlb olunması üçün xarici investorlarla danışıqlar aparır

İqtisadiyyat Materials 13 Yanvar 2019 08:30 (UTC +04:00)
Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) manat vəsaitlərinin cəlb olunması üçün xarici investorlarla danışıqlar aparır
Azərbaycan mikromaliyyə bazarına manat vəsaitlərinin cəlb olunması üçün xarici investorlarla danışıqlar aparır

Bakı. Taleh Mursaqulov - Trend:

Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) manat vəsaitlərinin cəlb olunması üçün xarici investorlarla danışıqlar aparır.

Bunu Trend-ə AMFA-nın icraçı direktoru Jalə Hacıyeva deyib.

Onun sözlərinə görə, məqsəd ondan ibarətdir ki, mikrokredit təşkilatlarının təkrar maliyyələşdirilməsi xarici yox, yerli valyutada aparılsın:

"Ona görə də xarici vəsaitlərin hedcləndikdən sonra Azərbaycana daxil olması məqsədəuyğundur".

J.Hacıyeva həmçinin qeyd edib ki, apreldə adətən investorlar Azərbaycana səfər edir və potensial müştərilərlə görüşür:

"Biz inanırıq ki, bir sıra mikrokredit təşkilatları təkrar maliyyələşdirilmə ilə bağlı xarici investorlarla müqavilələr imzalayacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti