ÜGT və Azərbaycan Gömrük Xidməti arasında əlaqələr güclənəcək (FOTO)

ÜGT və Azərbaycan Gömrük Xidməti arasında əlaqələr  güclənəcək (FOTO)

Bakı. Trend:

Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriya ilə görüşüb.

Komitədən Trend-ə verilən məlumata görə, görüş iştirakçıları öncə Fəxri xiyabana gələrək Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məzarı önünə əklil qoyub, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə tər güllər düzüb, sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsini anıb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

S.Mehdiyev qonağı səmimi salamlayaraq K.Mikuriyanın yenidən ÜGT-nin Baş katibi seçildikdən sonra ilk rəsmi səfərini Azərbaycana etməsindən məmnun olduğunu bildirib. ÜGT ilə Azərbaycan gömrüyü arasında hər zaman səmərəli əməkdaşlıq əlaqələrinin qurulduğunu deyən Komitə sədri, bu əlaqələrin inkişafına, Azərbaycan gömrüyünə göstərilən dəstəyə görə K.Mikuriyaya təşəkkürünü ifadə edib.

Vurğulanıb ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan müstəqil Azərbaycan gömrüyü bu gün Prezident İlham Əliyevin yüksək idarəçilik qabiliyyəti, həyata keçirdiyi davamlı inkişaf strategiyası nəticəsində dünya gömrük ailəsinin etibarlı üzvü kimi formalaşıb.

Azərbaycan gömrük əməkdaşlarının potensialının artırılmasına xüsusi önəm verildiyini bildirən S.Mehdiyev bu istiqamətdə azərbaycanlı gömrükçülərin dünyanın mötəbər elm ocaqlarında təhsil almasına və təcrübə keçməsinə ÜGT və Yaponiya Gömrük Əməkdaşlığı Fondunun dəstək göstərməsini xüsusi vurğulayıb.

ÜGT-nin Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin Fəaliyyətinə də toxunan S.Mehdiyev burada həm Azərbaycan gömrükçüləri üçün, həm də regional seminarların keçirildiyini və bu tədbirlərin gömrük işinin təşkilinə mühüm töhfə verdiyini diqqətə çatdırıb.

Komitə sədri Azərbaycan gömrüyünün ÜGT-nin müxtəlif komitələrində təmsil olunmasını, DGK əməkdaşının təşkilatda mühüm vəzifələrdən birinə təyin edilməsini iki qurum arasındakı səmərəli əlaqələrin nəticəsi kimi qiymətləndirib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən reallaşdırılan innovativ islahatların gömrük orqanlarında həyata keçirilməsindən bəhs edən S.Mehdiyev korrupsiyaya qarşı aparılan mübarizə, şəffaflığın təmin oluması sahələrində mühüm nailiyyətlər əldə olunduğunu diqqətə çatdırıb.

O da qeyd olunub ki, fevralın 1-dən tam şəkildə tətbiq olunacaq “Yaşıl dəhliz” buraxılış sistemi idxal-ixrac əməliyyatlarının sürətli və maneəsiz şəkildə həyata keçirilməsinə, ticarətin asanlaşdırılmasına, ticarət-təchizat zəncirinin təhlükəsizliyinin təmin edilməsinə, vətəndaş-məmur təmasının minimuma endirilməsinə və könüllü riayət prinsipinin formalaşmasına mühüm töhfə verəcək.

Komitə sədri E-TIR, Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminə (NCTS) qoşulma istiqamətində atılan addımlardan da bəhs edib və bu tədbirlərin risklərin analizi, ticarətin asanlaşdırılması, tranzitin inkişafına mühüm şərait yaradacağını söyləyib.

S.Mehdiyev 2019-cu ildə Azərbaycanda narkotiklərlə mübarizə və informasiya texnologiyaları sahəsində beynəlxalq konfransların keçiriləcəyini və bu tədbirlərin təşkilində göstərilən dəstəyə görə təşəkkürünü ifadə edib.

ÜGT-nin Baş katibi səmimi qəbula görə minnətdarlığını bildirib, vəzifəsinin icrasına yenidən başlarkən Azərbaycana səfər etməkdən qürur duyduğunu söyləyib. Azərbaycanın ÜGT-nin ən fəal üzvlərindən biri olduğunu deyən Baş katib təmsil etdiyi qurumun bir neçə orqanının Azərbaycanda yerləşməsini qarşılıqlı səmərəli əlaqələrin, Azərbaycan gömrüyünün beynəlxalq səviyyədə gömrük işinə verdiyi töhfələrin nəticəsi kimi yüksək qiymətləndirib.

27 il əvvəl yaranmasına baxmayaraq, Azərbaycan gömrüyünün mühüm nailiyyətlər əldə etdiyini vurğulayan Baş katib, informasiya texnologiyalarının tətbiqi, korrupsiya ilə mübarizə, potensialın və gömrük-biznes əməkdaşlığının gücləndirilməsi sahəsində əldə edilən uğurları diqqətə çatdırıb və Azərbaycan gömrüyünün şəffaflığın təmin olunması sahəsindəki təcrübəsini ÜGT-nin müvafiq komitələrində bölüşməyə çağırıb. ÜGT rəhbəri ticarətin asanlaşdırılması, gömrük nəzarətinin gücləndirilməsi tədbirlərinə paralel olaraq biznes nümayəndələri ilə səmərəli əlaqələrin qurulmasının da təqdirəlayiq olduğunu bildirib.

ÜGT rəhbəri gömrük sahəsində islahatların davam etdiriləcəyinə və təmsil etdiyi qurumla səmərəli əlaqələrin bundan sonra daha da güclənəcəyinə əminliyini ifadə edib.

Daha sonra DGK-nin Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsi rəisinin birinci müavini Anar Süleymanov gömrük sistemində aparılan islahatlar, onların əhəmiyyəti və gömrük orqanlarının gələcək hədəflərindən bəhs edən təqdimatla çıxış edib.

Riteylerə kömək: kassa sistemi vasitəsilə gəliri necə artırmaq və milyonlara qənaət etmək olar
Riteylerə kömək: kassa sistemi vasitəsilə gəliri necə artırmaq və milyonlara qənaət etmək olar
BVF Azərbaycanda qeyri-neft ÜDM üzrə proqnozu yüksəldib
BVF Azərbaycanda qeyri-neft ÜDM üzrə proqnozu yüksəldib
Azərbaycanda statistik məlumatların istehsalı üzrə beynəlxalq modelin tətbiqi planlaşdırılır
Azərbaycanda statistik məlumatların istehsalı üzrə beynəlxalq modelin tətbiqi planlaşdırılır
Loading Bars
Xəbər lenti
Koronavirusun simptomları dəyişib - Baş infeksionist
Metro qatarında nasazlıq yarandı, intervalda gecikmə oldu
Azərbaycanın elektrik enerjisi istehsalı və ixracı artıb - Nazir
44 günlük Vətən müharibəsində Füzuli əməliyyatının önəmi
“Nar” ən böyük Azərbaycandilli səsli kitabxanaya dəstəyini davam etdirir
İranda daha 162 nəfər koronavirusdan ölüb
Şəhid ailələri və müharibə əlillərinə, gözdən əlilliyi olanlara 50 mənzil verildi (FOTO)
Gedik Holdinq Azərbaycanda (FOTO)
3 kiloqrama yaxın "patı" ilə tutulan şəxsə hökm oxundu
Hədəfimiz bərpa olunan enerji payını 30 faizə çatdırmaqdır - Nazir
Qarabağda bir sıra böyük layihələrin məhz xarici investisiya hesabına həyata keçirilməsi əsas prioritetlərimizdəndir - Pərviz Şahbazov
Zəngəzurun giriş qapısı Zəngilan (FOTO)
Daha bir universitetdə bir neçə qrup distant təhsilə keçib
Qusar xəstəxanasının direktoru rüşvət alarkən cinayət başında yaxalanıb
Gələn il “Böyükşor”da üzən günəş elektrik stansiyasının istismara verilməsi planlaşdırılır - Nazir
Bal yarmarkasında məhsulun qiyməti necə müəyyənləşdirilir?
Bakıda gəlnini qətlə yetirən qayınataya 18 il həbs cəzası verildi
Son bir ilə yaxın müddətdə “Azercell könüllüləri” minlərlə ailəni sevindirib
Pandemiya arıçılara mənfi təsir edib - Nazirlik rəsmisi
Gürcüstan Azərbaycan vətəndaşları üçün ölkəyə daxil olma qaydalarını asanlaşdırıb
Əsas planımız mikro və aqro-sahibkarlar seqmentində kredit portfelini artırmaqdır
Rusiyada koronavirusdan ölüm hallarında yeni rekord qeydə alınıb
Riteylerə kömək: kassa sistemi vasitəsilə gəliri necə artırmaq və milyonlara qənaət etmək olar
Ermənistan kommunikasiyaların açılması üçün əməli addımlar atmalıdır - Ceyhun Bayramov
Azərbaycan Xorvatiyanın strateji tərəfdaşıdır - XİN rəhbəri
Cənubi Koreya sahillərində Çinə məxsus qayıq batıb
Yol polisi Bakıda səkiləri zəbt edən sürücülərə qarşı tədbirlərə başladı (FOTO/VİDEO)
Azərbaycan Xorvatiyadan minaların təmizlənməsi üçün avadanlıqlar alır - Ceyhun Bayramov
Türkmənistan türkdilli ölkələrin xəbərlərini yayımlayan Türk Dünyası (TurkicWorld) layihəsinə qoşuldu (FOTO)
Azərbaycanla Xorvatiya arasında 7 sənədin razılaşdırılması üzərində iş aparılır
Çıraq platformasında hasilat bərpa edilib
Xorvatiya şirkətlərinin Qarabağda bərpa işlərinə cəlb olunması müzakirə edilib
Azərbaycanla Xorvatiya arasında mütəmadi siyasi məsləhətləşmələrin keçirilməsi razılaşdırılıb - Ceyhun Bayramov
Vətən müharibəsində ƏƏSMN-in 101 əməkdaşı iştirak edib (VİDEO)
Sabah hava necə olacaq?
Mingəçevir Dövlət Universiteti mini-futbol üzrə şəhər turnirinin qalibi olub (FOTO)
FHN qanunsuz çalışan ocaqxanaların fəaliyyətini dayandırıb (FOTO/VİDEO)
Daha bir marşrut xəttində “BakuBus” avtobusları işləyəcək
Mövcud yoluxma hallarına görə bütün məktəblərin bağlanması effektiv deyil - Ekspert
“Xudafərin” və “Qız Qalası” SES-in inşasının 2024-cü ilədək tamamlanması planlaşdırılır - Nazir
Ankarada partlayış olub (FOTO/VİDEO)
Böyük Britaniyanın Azərbaycandakı səfiri Bakı Ali Neft Məktəbində (FOTO)
İllik cəmi 14.44 faiz ilə nağd pul krediti Rabitəbankda mümkündür!
Ceyhun Bayramovla xorvatiyalı həmkarı arasında geniş tərkibli görüş keçirilir
Kəlbəcər və Laçın balı Bakıda yarmarkada - Qiymətlər (FOTO)
Birinci vitse-prezident Mehriban Əliyeva Füzuli rayonundan olan keçmiş məcburi köçkünlərlə görüşdən görüntülər paylaşıb (VİDEO)
Energetika Nazirliyi yaşıl enerji konsepsiyasını hökumətə təqdim edib
Yarım milyon manatlıq dələduzluqda təqsirləndirilən sabiq hakim məhkəmə zalında həbs edildi
Azərbaycan nefti bahalaşır
Xorvatiya Azərbaycanla əlaqələrin dərinləşməsinə böyük maraq göstərir - Nazir (FOTO)
Suriyada avtobusun partladılması nəticəsində 14 hərbçi həlak olub
Bu il Qubadlı, Zəngilan və Ağdamda 4 yarımstansiyanın yenidənqurulması başa çatdırılacaq - Energetika naziri
İki uşağın göbələkdən zəhərlənərək ölməsi ilə bağlı araşdırma başlandı
Xocavənddə polis əməkdaşları silah-sursat aşkar edib (FOTO/VİDEO)
Bakıda bal yarmarkası başlayıb (FOTO)
Məhkumun həyətindən silah aşkarlanıb (FOTO)
İşğaldan azad olunan ərazilərimizdə 167 qiymətli metal yatağı var - Nazir müavini
DTX rəisi ilə BQXK-nin vitse-prezidenti arasında görüş keçirilib
Məşhur rusiyalı aktyor xəstəxanaya yerləşdirilib
Qarabağda 30-dan artıq su elektrik stansiyası bərpa edilir - Nazir
BVF Azərbaycan üçün neftin itkisiz qiymətini açıqlayıb
Zəngilanda ermənilərin atıb qaçdığı silah-sursat aşkar edilib (FOTO)
Kamil Əliyevin 100 illik yubileyi “Azərxalça” da qeyd olunub (FOTO)
Evdən çıxan koronavirus xəstəsinə cinayət işi başlanılıb (VİDEO)
Bakıda "Kamaz", Samuxda "VAZ" yanıb
Zəngilanda radio və televiziya yayımı təmin olunub (FOTO)
Xarici valyutaların manata qarşı məzənnələri
Hindistanda leysan yağışları 42 nəfərin ölümünə səbəb olub
Gələn ildən əhalinin alıcılıq qabiliyyəti yüksələcək - AÇIQLAMA
Dünyada koronavirusa yoluxanların sayı 4 faiz azalıb - ÜST
Kabildə güclü partlayış baş verib
BMT TŞ Şimali Koreyanın raket sınaqlarını müzakirə edəcək
İsraildə koronavirusun yeni ştammı aşkarlanıb
"Facebook" adını dəyişdirməyi planlaşdırır
ABŞ-ın daxili təhlükəsizlik naziri koronavirusa yoluxub
"Netflix"in dünyadakı abunəçilərinin sayı 214 milyonu ötüb
Britaniyada koronavirusdan daha 223 nəfər ölüb
Rusiyada ticarət mərkəzində partlayış olub
Ankara Avropa Komissiyasının Türkiyə ilə bağlı hesabatını rədd edib
Vaşinqtonda Əmək Nazirliyinin binasında partlayış təhlükəsi səbəbilə küçələr bağlanıb
KXDR sualtı qayıqdan balistik raket buraxdığını təsdiq edib
BMT Şimali Koreyanın raket sınaqlarından narahatdır
Türkiyədə son sutkada koronavirusdan 27 352 nəfər sağalıb
Sabirabadda birmərtəbəli ev yanıb
Çempionlar Liqası: "Mançester Siti"dən darmadağın, "Şerif" ilk dəfə məğlub oldu (ƏLAVƏ OLUNUB)
Türkiyə parlamenti Mali və Mərkəzi Afrika Respublikasında hərbi missiyanın mandatını uzadıb
Azərbaycan XİN Zəngilanın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib (FOTO)
Zəfər xronikası 20 oktyabr 2020-ci il: Prezident İlham Əliyev xalqa müraciətində Zəngilanın işğaldan azad olunduğunu açıqlayıb (FOTO/VİDEO)
44 günlük Vətən müharibəsinin xronikası: 20 oktyabr
Mir Şahinin vaxtı - XÜSUSİ BURAXILIŞ (VİDEO)
ABŞ-da təyyarə qəzaya uğrayıb, xəsarət alanlar var
Fuad Qəhrəmanlının qızına təcavüzdə təqsirləndirilən şəxs saxlanıldı
Səfir Vaqif Sadıqov etimadnaməsini Belçikanın Kralına təqdim edib
Həkimlər Saakaşvilini xəstəxanaya yerləşdirməyi tövsiyə ediblər
Ermənistana təhvil verilən erməni hərbçilərin adları məlum oldu
Macarıstanla qarşılıqlı əməkdaşlıq əlaqələrinin perspektivləri müzakirə olunub
Qarabağın dark turizm potensialı: erməni barbarlığını dünya daha yaxından görəcək
BVF Azərbaycanda qeyri-neft ÜDM üzrə proqnozu yüksəldib
Azərbaycanda statistik məlumatların istehsalı üzrə beynəlxalq modelin tətbiqi planlaşdırılır
TAP qaz qiymətlərinin artımının qarşısını qismən alır
Bütün xəbərlər