...

Siyavuş Novruzov: Bələdiyyələrin seçkilərə qədər sayı azaldılmalı və gəlir mexanizmləri işlənib hazırlanmalıdır

İqtisadiyyat Materials 12 Fevral 2019 13:34 (UTC +04:00)
Bu gün ölkəmizdə bələdiyyələrin fəaliyyəti ilə bağlı kifayət qədər işlər görülür, nəzarət mexanizmi mövcuddur.
Siyavuş Novruzov: Bələdiyyələrin seçkilərə qədər sayı azaldılmalı və gəlir mexanizmləri işlənib hazırlanmalıdır

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün ölkəmizdə bələdiyyələrin fəaliyyəti ilə bağlı kifayət qədər işlər görülür, nəzarət mexanizmi mövcuddur. Qanundan kənara çıxan bələdiyyələrlə bağlı ölçü götürülür. İldən-ilə bu proses daha da təkmilləşir.

Trend-in məlumatına görə, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsinin dinlənilməsi zamanı deyib.

O bildirib ki, Azərbaycanda artıq 15 ildən çoxdur bələdiyyələr fəaliyyət göstərir: "Bələdiyyələrin özündə yeni baxış sistemi formalaşmalıdır. Bəziləri həddindən artıq səlahiyyət istəyir, bəziləri səlahiyyətləri yerinə yetirmir, başqa məqsədlər uğrunda iş aparır. Bələdiyyələr kifayət qədər təkmilləşmiş strukturdur və onlar öz təminatı ilə bağlı addımlar atmalıdırlar”.

S.Novruzov qeyd edib ki, bu gün bələdiyyə məktəbləri, bağçaları, iaşə obyektləri, klub və kinoteatrlar yoxdur: “Elə bələdiyyələr var ki, elektron kitabxana tikə, kompüter mərkəzləri aça bilərdi. Növbəti bələdiyyə seçkilərinə qədər bir neçə məsələ - onların saylarının azaldılması və gəlir mexanizmləri işlənib hazırlanmalıdır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti