...

Azərbaycan ilə Polşa arasında nəqliyyat və logistika üzrə işçi qrupun ilk iclası keçirilib (FOTO)

İqtisadiyyat Materials 27 Fevral 2019 11:58 (UTC +04:00)
25-26 fevral 2019-cu il tarixlərində Varşava şəhərində Azərbaycan ilə Polşa arasında nəqliyyat və logistika üzrə işçi qrupunun ilk iclası keçirilib.
Azərbaycan ilə Polşa arasında nəqliyyat və logistika üzrə işçi qrupun ilk iclası keçirilib (FOTO)

Bakı. Trend:

25-26 fevral 2019-cu il tarixlərində Varşava şəhərində Azərbaycan ilə Polşa arasında nəqliyyat və logistika üzrə işçi qrupunun ilk iclası keçirilib.

Trend-in məlumatına görə, iclasa Azərbaycan tərəfindən nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, Polşa tərəfindən infrastruktur nazirinin müavini Andjey Bittel rəhbərlik edib.

İclas çərçivəsində avtomobil, dəmir yolu, dəniz nəqliyyatı, tranzit daşımalar və poçt xidmətləri sahəsində əməkdaşlıq imkanları müzakirə edilib, Şərq-Qərb və Cənub-Qərb nəqliyyat dəhlizləri çərçivəsində yük daşımaları zamanı iki ölkənin tranzit imkanlarından tam istifadə edilməsi və Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutu ilə daşımaların təşviq olunması istiqamətində birgə tədbirlərin davam etdirilməsinin vacibliyi vurğulanıb.

Görüşdə müzakirə olunan məsələlərin nəticələrinə dair iclasın Protokolu imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti