Bakı. Trend:
Qazaxıstanın Kurık limanından Azərbaycana müntəzəm bərə əlaqəsi təşkil edilib.
Trend-in məlumatına görə, gələcəkdə həmin limandan Türkmənistan və İran istiqamətlərinə də bərə əlaqəsinin təşkili planlaşdırılır.
Təkcə bu il Kurık limanından 2,5 milyon tondan çox yükün daşınması nəzərdə tutulur.
Qeyd edək ki, Kurık bərə kompleksi 2018-ci ilin avqustunda fəaliyyətə başlayıb.