...

"Beta" çayı Rusiyanın ən yaxşı qaraçayı seçilib

İqtisadiyyat Materials 15 Aprel 2019 11:00 (UTC +04:00)
Rusiyada istehlakçıların hüquqlarını qoruyan "Roskontrol" regional ictimai təşkilatı BETA TEA çaylarını sınaqdan keçirib.
"Beta" çayı Rusiyanın ən yaxşı qaraçayı seçilib

Bakı. Trend:

Rusiyada istehlakçıların hüquqlarını qoruyan "Roskontrol" regional ictimai təşkilatı BETA TEA çaylarını sınaqdan keçirib.

Sınaq nəticələrinə əsasən, iri yarpaqlı "Beta Golden Selection" Seylon qara çayı qiymətləndirilərək Rusiyanın keyfiyyətli və etibarlı məhsulu seçilib.

Bu BETA TEA şirkətinin işinə, məhsul istehsalına, həmçinin məhsul keyfiyyətinə ədalətli və məsuliyyətli yanaşmasının nəticəsidir.

Nüfuzlu "Roskontrol" təşkilatının bu qiymətləndirməsi BETA şirkətinə etibar edən milyonlarla istehlakçının məhsul alarkən doğru və şüurlu seçiminə, ən yaxşı və təhlükəsiz məhsul almasına köməklik göstərir. Aparılan sınaqların nəticələri açıq şəkildə "Roskontrol" saytında yerləşdirilirərək media tərəfindən geniş formada işıqlandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti