...

Bugünkü hərracda hansı dövlət əmlakları özəlləşdirildi? (FOTO)

İqtisadiyyat Materials 23 Aprel 2019 18:13 (UTC +04:00)
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirilib.
Bugünkü hərracda hansı dövlət əmlakları özəlləşdirildi? (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirilib.

Komitədən Trend-ə verilən məlumata görə, hərracda kiçik dövlət müəssisəsi və qeyri-yaşayış sahəsi kateqoriyalarından olan dövlət əmlakları özəlləşdirilib. Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospektindəki obyektin ümumi faydalı sahəsi 23.3 kv.m-dir. Dülgər sexi kimi fəaliyyət göstərən müəssisə üzrə sifarişi investor elektron formada verib. Hərrac iştirakçısı bu dövlət əmlakını 12 min 500 manata özəlləşdirib.

Özəlləşdirilən qeyri-yaşayış sahəsi paytaxtda yerləşir. Yasamal rayonu, İ.Qutqaşınlı küçəsindəki bu dövlət əmlakının ümumi faydalı sahəsi 101.5 kv.m-dir. Hərracda iştirak edən vətəndaş obyekti 20 min manata özəlləşdirib.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac 30 aprel tarixində keçiriləcək. Özəlləşdirmə hərracına ümumilikdə 92 dövlət əmlakı çıxarılıb. Bunlardan 22-si səhmdar cəmiyyəti, 49-u kiçik dövlət müəssisəsi, 11-i qeyri-yaşayış sahəsi, 3-ü yarımçıq tikili, 7-si isə nəqliyyat vasitəsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti