...

Nazir: BMT və Azərbaycanın icra etdiyi ortaq layihələrə 5 milyon dollara yaxın vəsait xərclənib

İqtisadiyyat Materials 3 May 2019 12:00 (UTC +04:00)
2018-ci ildə Birləşmiş Millətlər Təşkilatı (BMT) və Azərbaycanın icra etdiyi ortaq layihələrə 4 998 519 ABŞ dolları xərclənib.
Nazir: BMT və Azərbaycanın icra etdiyi ortaq layihələrə 5 milyon dollara yaxın vəsait xərclənib

Bakı. Ayşəm Rüstəmova – Trend:

2018-ci ildə Birləşmiş Millətlər Təşkilatı (BMT) və Azərbaycanın icra etdiyi ortaq layihələrə 4 998 519 ABŞ dolları xərclənib.

Trend-in məlumatına görə, iqtisadiyyat naziri Şahin Mustafayev bunu BMT-Azərbaycan Tərəfdaşlıq Çərçivə Sənədi üzrə İstiqamətləndirici Komitənin iclasında çıxış zamanı deyib.

Nazirin sözlərinə görə, bu vəsait "2016-2020-ci illər üçün BMT-Azərbaycan Tərəfdaşlıq Çərçivə Sənədi" çərçivəsində birinci strateji sahə üzrə xərclənib.

Şahin Mustafayev bildirib ki, bir neçə strateji sahəni əhatə edən sənəd çərçivəsində ümumilikdə 71,9 mln. dollar ayrılacaq. Bu vaxta qədər isə vəsaitin 68,2 mln. dolları, yəni 95 faizi artıq xərclənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti