...

Hesab.az “Ramazan kampaniyası” keçirir

İqtisadiyyat Materials 7 May 2019 16:24 (UTC +04:00)
“Ramazan kampaniyası”da yüzlərlə hədiyyə sizləri gözləyir.
Hesab.az “Ramazan kampaniyası” keçirir

Bakı. Trend:

Dünya müsəlmanlarının ən müqəddəs ayı olan Ramazan ayının ilk günlərini yaşayırıq. Bu ayda Hesab.az komandası da xalqımıza bərəkətli, bol ruzili günlər arzu edir. Hər ay olduğu kimi bu ayda da, yeni kampaniyalar istifadəçiləri gözləyir. 13-17 May tarixləri ərzində yalnız qeydiyyatlı istifadəçilər Hesab.az mobil tətbiqi vasitəsiylə 100 AZN və 150 AZN üstü hansısa Kommunal ödəniş+Mobil balans artırdıqda dəyərli hədiyyələr qazanacaqlar.

Eyni zamanda Sosial media kanallarında da müsabiqə həyata keçiriləcək. Qalib gələn şəxsi dəyərli hədiyyə gözləyir.

Daha öncə edilən kampaniyalar ərzində minlərlə istifadəçilər dəyərli hədiyyələr qazanıblar. Hesab.az həmişə qazandıran kampaniyalar ilə istifadəçilərinə faydalı, maraqlı və eyni zamanda yüksək keyfiyyətli xidmət göstərməyə çalışır. Ay ərzində müxtəlif kampaniya və müsabiqələrin keçirilməsi planlaşdırılır. Yüzlərlə hədiyyə sizləri gözləyir.

Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.

2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti