...

Azərbaycan metanol istehsalını artıracaq

İqtisadiyyat Materials 11 May 2019 20:31 (UTC +04:00)
2019-cu ilin ilk rübündə “SOCAR Metanol” zavodunda 62 min tondan çox metanol istehsal olunub.
Azərbaycan metanol istehsalını artıracaq

Bakı. Sara İsrafilbəyova – Trend:

2019-cu ilin ilk rübündə “SOCAR Metanol” zavodunda 62 min tondan çox metanol istehsal olunub. Bu barədə Trend-ə “SOCAR” Dövlət Şirkətindən bildiriblər.

Şirkətdən builki istehsal planı da açıqlanıb: “Bu il ümumilikdə 350 min ton metanol istehsalı planlaşdırılır”.

O da qeyd edilib ki, ötən il zavodda 230 min ton metanol istehsalı olub.

Xatırladaq ki, Cənubi Qafqaz və Mərkəzi Asiyada yeganə zavod olan “SOCAR Metanol” məhsul satışına 2014-cü ilin yanvarından başlayıb.

Qeyd edək ki, ötən əvvəlində “SOCAR Metanol” yeni istehlak məhsulunun - analitik metanolun istehsalına başlamışdı.

Beynəlxalq standartlara əsasən, təmizlik dərəcəsi 99,90 %-dan çox olan metanol, analitik metanol kimi istifadə edilə bilər. SOCAR-ın istehsal etdiyi məhsulun təmizlik dərəcəsi 99,98% təşkil edir. Məhsulun keyfiyyəti həm daxili kimyəvi laboratoriya, həm də beynəlxalq nüfuza malik olan təftiş şirkətləri tərəfindən mütəmadi yoxlamadan keçirilir.

Qeyd edək ki, Metanol zavodu 2013-cü ildən fəaliyyət göstərir. İllik maksimal istehsal gücü 650-700 min ton olan Metanol zavodunun tikintisi ilə Azərbaycanda qaz-kimya sahəsində ilk istehsal obyektinin əsası qoyulub. Zavodun qurulmasında İngiltərənin ICI firmasının aşağı təzyiqli metanol istehsalı texnologiyası tətbiq olunub. İstehsal prosesində xammal kimi əsasən təbii qaz və su buxarından istifadə edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti