...

Azərbaycanda 12 adda yağın tərkibində transyağların miqdarı normadan yuxarı olub - AQTA sədri

İqtisadiyyat Materials 9 İyul 2019 12:09 (UTC +04:00)
Azərbaycanda 12 adda yağın tərkibində trans yağların miqdarı normadan yuxarı olub.
Azərbaycanda 12 adda yağın tərkibində transyağların miqdarı normadan yuxarı olub - AQTA sədri

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda 12 adda yağın tərkibində transyağların miqdarı normadan yuxarı olub.

Trend-in məlumatına görə, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli qurumun fəaliyyətə başlamasının birilliyinə həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şamaxı, Lənkəran, Xaçmaz, Şəki, Tovuz Regional bölmələrində 32 adda müxtəlif yağ ekspertizaya cəlb olunub:

"Təəssüf hissi ilə qeyd edim ki, həmin nümunələrin 12-də transyağların miqdarı normadan yuxarı olub. Transyağlar insan orqanizmində çətin əriyir və ya ərimir. Bu isə insan orqanizmi üçün ziyanlıdır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, transyağ turşularının yüksək miqdarda qəbulu ürək-damar xəstəliklərinin riskini 21 faiz, ölümü isə 28 faiz artırır. Bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə demək istəyirəm ki, idxal zamanı qüvvədə olan normalara əməl etsinlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti