...

Hesab.az QR kod ilə ödənişin tətbiqini genişləndirir! (VİDEO)

İqtisadiyyat Materials 18 İyul 2019 15:15 (UTC +04:00)
Dünyada baş verən texnoloji yenilikləri və trendləri izləyən Hesab.az növbəti yeniliyini istifadəçilərinə təqdim edib.
Hesab.az QR kod ilə ödənişin tətbiqini genişləndirir! (VİDEO)

Bakı. Trend:

Dünyada baş verən texnoloji yenilikləri və trendləri izləyən Hesab.az növbəti yeniliyini istifadəçilərinə təqdim edib. Yeniliyə əsasən artıq istifadəçilər Hesab.az-da elektrik enerjisinin istehlakına görə abunə haqlarının ödənişini QR kod ilə ödəniş edərək həyata keçirə biləcəklər.

Ödəniş aparmaq üçün sadəcə abunəçiyə təqdim olunan qəbzin üzərindəki QR kodu Hesab.az mobil tətbiqi vasitəsilə skan etmək kifayət edir ki, ödəniş dərhal həyata keçirilsin.

Linkə daxil olaraq ödəniş prosesi ilə bağlı məlumatlandırıcı videoya baxa bilərsiniz - https://bit.ly/2NZZuV4

Video sizə QR kod ilə Hesab.az mobil tətbiqində necə ödəniş etməyi mərhələli şəkildə izah edəcək.

Qeyd edək ki, hazırda Hesab.az mobil tətbiqi vasitəsiylə QR barkod ilə ödənişləri Bakının 4 parkingində tətbiq olunur. Xidmət "28 Mall", "Gənclik Mall" ticarət mərkəzlərinin, həmçinin "Garage" və "Port Baku"nun parkinglərində mövcuddur.

Hesab.az yaxın gələcəkdə QR ödəniş sistemini paytaxtın digər avtomobil parkinglərində, eləcə də kiçik və orta biznesdə istifadə olunan ödənişlərdə tətbiq etməyi planlaşdırır.

Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.

2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı/ödənişi mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti