...

“FINCA Azerbaijan” 2018-ci ilin maliyyə hesabatını açıqladı

İqtisadiyyat Materials 26 Avqust 2019 11:00 (UTC +04:00)
“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı 2018-ci il ərzində gəlirliliyi təmin edə bilib.
“FINCA Azerbaijan” 2018-ci ilin maliyyə hesabatını açıqladı

Bakı. Trend:

“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı 2018-ci il ərzində gəlirliliyi təmin edə bilib. Bu, şirkətin 2016-2017-ci illərdə əməliyyat xərclərini azaltması səyləri və əməliyyatları daha səmərəli şəkildə yenidən qurması ilə mümkün olub.

“FINCA Azerbaijan” kredit təşkilatının ötən maliyyə ilində yenilənmiş Beynəlxalq Maliyyə Hesabatları Standartının (IFRS9) tətbiqinə qədər 4.1 milyon AZN əməliyyat gəliri olub. Şirkət 2018-ci ildə IFRS9 (International Financial Reporting Standarts ) standartını tətbiq etdikdən sonra gəlir 3.9 milyon AZN civarında azalıb. Bununla belə, Təşkilatın 2018-ci ildə IFRS9 standartını tətbiq etməsi bölüşdürülməmiş mənfəətə müsbət təsir edərək şirkətin kapitalının əhəmiyyətli dərəcədə artmasına səbəb olmuşdur.

Yenidən kreditləşməyə 2018-ci ilin dekabrından başlayan FINCA-nın ötən maliyyə ilində əsas gəliri kredit borcları üzrə geri yığımları daha yaxşı şəkildə təşkil etməsi, eləcə də silinmiş kredit borc portfeli üzrə geri yığımın bərpası və əməliyyat xərclərinin azaldılması hesabına mümkün olmuşdur.

Hazırda Təşkilatın nizamnamə kapitalı 3.7 milyon AZN təşkil edir ki, bu da bank olmayan kredit təşkilatları üçün müəyyənləşdirilmiş minimum həddən 12 dəfə çoxdur. Şirkətin 31 dekabr 2018-ci il tarixinə cəmi kapitalı 7.7 milyon AZN təşkil edib.

Hal-hazırda FINCA əməliyyatların daha səmərəli şəkildə qurulması prosesini davam etdirir və regionlarda yeni filial şəbəkəsinin artırılması üzrə 5 illik fəaliyyət planına uyğun olaraq, işlərini genişləndirir.

“FINCA Azerbaijan” haqqında

“FINCA Azerbaijan” icma əsaslı 20 mikromaliyyə institutu və banka sahib “FINCA Impact Finance” şəbəkəsinin bir hissəsidir və Azərbaycanda 1998-ci ildən bəri fəaliyyət göstərir. Bu qlobal şəbəkə aşağı gəlirli müştərilərin öz maliyyəsini genişləndirməsi üçün onlara yenilikçi, məsuliyyətli və əsaslı təsir imkanları olan maliyyə xidmətləri təklif edir. “FINCA Azerbaijan” ölkənin aparıcı mikromaliyyə təşkilatı olaraq kiçik sahibkarların gəlirlərini artırmasını təşviq etmək niyyətilə onlara müxtəlif kredit məhsulları təklif edir. Şirkət kənd təsərrüfatı üzrə kreditlərin verilməsinə daha çox önəm verir. Əlavə məlumat üçün www.finca.az saytını ziyarət edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti