...

İran kivi ixracına qadağanı ləğv etdi

İqtisadiyyat Materials 18 Oktyabr 2019 12:40 (UTC +04:00)
Bu gündən İrandan kivi ixrac etmək mümkündür.
İran kivi ixracına qadağanı ləğv etdi

Bakı. Elnur Bağışov - Trend:

Bu gündən İrandan kivi ixrac etmək mümkündür.

Trend-in məlumatına görə, bunu İranın Ticarət İnkişafı Təşkilatının Kənd Təsərrüfatı və Emal məhsulları ixracının inkişafının koordinasiyası idarəsinin baş direktoru Mahmud Bazari deyib.

M.Bazarinin sözlərinə görə, 6 iyuldan 7 oktyabra qədər keyfiyyət baxımından qeyri-standart məhsulun satışa çıxarılmasının qarşısını almaq məqsədilə kivinin ixracı qadağan edilmişdi.

Qeyd edək ki, İran ötən ildə 96 milyon dollar dəyərində kivi ixrac edib. İran kivisinin ixrac bazarları əsasən Rusiya, İraq, Hindistan, Birləşmiş Ərəb Əmirlikləri və Əfqanıstandır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti