...

PAŞA Bank VISA kart sahibləri üçün yeni kampaniya elan edir

İqtisadiyyat Materials 18 Oktyabr 2019 11:52 (UTC +04:00)

Bakı. Trend:

Aktivlərinin həcminə görə ölkənin ən böyük özəl bankı PAŞA Bank öz Mobil Əlavə istifadəçiləri üçün yeni kampaniyaya start verir.

Belə ki, PAŞA Bank VISA kartları ilə Bankın Mobil Əlavəsində minimum 3 AZN həcmində əməliyyat aparmaqla Siz kampaniyaya avtomatik qoşularaq xaricə səyahət qazanmaq fürsətini əldə edirsiniz. Kampaniya çərçivəsində ən çox əməliyyat aparan PAŞA Bankın 3 müştərisi 1 000 manatlıq səyahət kuponu ilə mükafatlandırılacaq.

Qeyd edək ki, kampaniya çərçivəsində həyata keçirilən dövlət rüsumları, ipoteka və bank ödənişləri nəzərə alınmayacaq. Kampaniya 15 noyabr 2019-cu il tarixinədək qüvvədədir.

Əlavə məlumat üçün Bankın Biznes Mərkəzlərinə və ya *8123 / (+99412) 4965004 (korporativ müştərilər üçün) , *9123 / (+99412) 4965000 (fərdi müştərilər üçün) Əlaqə Mərkəzinə müraciət edə bilərsiniz.

PAŞA Bank müştərilərlə uzunmüddətli əməkdaşlığı yüksək qiymətləndirir və müştəri məmnunluğunun artırılması üzrə mütəmadi olaraq tədbirlər həyata keçirir. Bu səbəbdən də, Müştərilərimizlə daima əlaqədə olmaq və göstərdiyimiz xidmətlər haqqında onların fikirlərini bilmək bizim üçün olduqca mühümdür. Bunu nəzərə alaraq bizimlə bölüşmək istədiyiniz məqamları [email protected] ünvanına elektron məktub yazmaqla çatdıra bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti