...

İki sahibkarlıq subyekti arasında yaranmış mübahisə KOBİA-nın dəstəyi ilə həll olunub

İqtisadiyyat Materials 2 Noyabr 2019 11:29 (UTC +04:00)
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) başlıca fəaliyyət istiqamətlərindən biri də sahibkarların maraqlarının müdafiəsidir.
İki sahibkarlıq subyekti arasında yaranmış mübahisə KOBİA-nın dəstəyi ilə həll olunub

Bakı. Trend:

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) başlıca fəaliyyət istiqamətlərindən biri də sahibkarların maraqlarının müdafiəsidir. Mikro, kiçik və orta sahibkarlıq subyektlərindən bu istiqamətdə Agentliyə daxil olan müraciətlər operativ qaydada araşdırılır və qanunvericilik çərçivəsində həll olunmasına müvafiq dəstək göstərilir.

Belə sahibkarlardan biri də Fərman Məmmədovdur. Digər sahibkarlıq subyekti ilə aralarında yaranmış və uzun müddət həllini tapmayan maliyyə vəsaitinin ödənişinə dair problemlə əlaqədar KOBİA-ya müraciət etmiş Fərman Məmmədovun müraciəti tərəflər arasında təşkil olunmuş görüşlər çərçivəsində açıq diskusiya müstəvisində müzakirə edilib. Araşdırmalar nəticəsində hər iki sahibkarlıq subyekti arasında uzun müddət davam edən mübahisəli məqamlara aydınlıq gətirilib və tərəflər arasında razılaşma əldə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti