...

"ASK Şüşə” MMC ilin sonunadək Gürcüstana 2 mln. 600 min ədəd şüşə tara ixrac edəcək

İqtisadiyyat Materials 7 Noyabr 2019 10:15 (UTC +04:00)
“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisəsi olan “ASK Şüşə” MMC ölkənin qeyri-neft sektorunun inkişafı üçün əhəmiyyət kəsb edən əməkdaşlığa başlayıb.
"ASK Şüşə” MMC ilin sonunadək Gürcüstana 2 mln. 600 min ədəd şüşə tara ixrac edəcək

Bakı. Trend:

“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisəsi olan “ASK Şüşə” MMC ölkənin qeyri-neft sektorunun inkişafı üçün əhəmiyyət kəsb edən əməkdaşlığa başlayıb.

ASC-dən Trend-ə verilən məlumata görə, ixrac potensialının genişləndirilməsi, məhsulların yeni bazarlara çıxarılması məqsədi ilə, Gürcüstan Respublikasında fəaliyyət göstərən “Coca-Cola Bottlers Georgia” JSC şirkəti ilə müqavilə imzalayıb. Bağlanmış müqaviləyə əsasən, “ASK Şüşə” MMC cari ilin sonunadək həmin şirkətə “Coca-Cola” və “Fanta” içkilərinin qablaşdırılması üçün 2 mln 600 min ədəd şüşə tara ixrac edəcək. Razılaşmaya əsasən, 2020-ci il üçün daha böyük həcmli (ilkin sifariş proqnozu 10-20 mln ədəd) şüşə taranın istehsalına dair müqavilənin bağlanması nəzərdə tutulur.

Hazırda müəssisədə istehsal olunan məhsulların keyfiyyətinin yüksəldilməsi üzrə kompleks tədbirlər həyata keçirilir. Bu tədbirlər çərçivəsində məhsul istehsalında istifadə olunan xammalın keyfiyyəti “ASK Şüşə” MMC-nin texniki nəzarət laboratoriyasında yoxlandıqdan sonra Gürcüstana göndərilib və orada bütün lazımi sınaqlardan uğurla keçib. Son mərhələdə isə xammalın fiziki-kimyəvi göstəriciləri İtaliyada yoxlanılaraq, dünya standartlarına cavab verməsi təsdiqlənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti