Bakı. Rufzi Hafizoğlu - Trend:
Türkiyə dəniz sularında atılmış köhnə gəmiləri satacaq. Trend-in məlumatına görə, həmin gəmilərin satışı ilə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi məşğul olacaq.
Məlumata görə, hazırda Türkiyənin dəniz sularında 140 atılmış və istifadəyə yararsız gəmi var. Həmin gəmilərdən 32 ədədinin ilkin mərhələdə dəmir tullantısı qismində satılacağı bildirilir.
Bu cür atılmış köhnə gəmilərin əsasən Bosfor boğazında daha cox olduğu qeyd edilir.