...

Prezident İlham Əliyevin sahibkarlığa və yerli istehsalata verdiyi dəstəyin nəticəsində biz Azərbaycanda müasir standartlara cavab verən fabrik ərsəyə gətirdik (VİDEO)

İqtisadiyyat Materials 28 Noyabr 2019 10:35 (UTC +04:00)
Prezident İlham Əliyevin sahibkarlığa və yerli istehsalata verdiyi dəstəyin nəticəsində biz Azərbaycanda müasir standartlara cavab verən fabrik ərsəyə gətirdik
Prezident İlham Əliyevin sahibkarlığa və yerli istehsalata verdiyi dəstəyin nəticəsində biz Azərbaycanda müasir standartlara cavab verən fabrik ərsəyə gətirdik (VİDEO)

Bakı. Trend:

Prezident İlham Əliyevin sahibkarlığa və yerli istehsalata verdiyi dəstəyin nəticəsində biz Azərbaycanda müasir standartlara cavab verən fabrik ərsəyə gətirdik.

Trend-in AZƏRTAC-a istinadən məlumatına görə, bu sözləri “Gardashlar Mebel” şirkətinin rəhbəri Əli Mirzəyev V Azərbaycan Dizayn Forumunda çıxış edərkən deyib. O, çıxışında bildirib ki, mebel istehsalçısının dizayn sahəsinə dəstək verməsi təsadüfi deyil:

“Gardashlar Mebel" olaraq biz məhz dizaynerlərin yaratdıqları layihələri qerçəkləşdiririk. Ölkə rəhbərimiz, Prezident İlham Əliyevin sahibkarlığa və yerli istehsalata verdiyi dəstəyin nəticəsində biz Azərbaycanda müasir standartlara cavab verən və ən son texnologiyalarla təchiz olunmuş fabrik ərsəyə gətirdik. Bir çox dizaynerlər hansısa mebelin modelini yaratmaq istəyərkən, müəyyən detalların xaricdən sifariş etmək məcburiyyətində olurlar, bu da işi həm çətinləşdirir, həm də prosesi yubadır. “Gardashlar Mebel” bu çətinlikləri aradan qaldırır. Biz istər dəmir, istərsə də taxtadan istənilən layihələri reallaşdırmaq iqtidarındayıq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti