...

Hazırda "Bakı Gəmiqayırma Zavodu"nda 6 gəminin inşası həyata keçirilir

İqtisadiyyat Materials 16 Dekabr 2019 13:52 (UTC +04:00)
Hazırda "Bakı Gəmiqayırma Zavodu"nda 6 gəminin inşası həyata keçirilir.
Hazırda "Bakı Gəmiqayırma Zavodu"nda 6 gəminin inşası həyata keçirilir

Bakı. Zaur Mustafayev - Trend:

Hazırda "Bakı Gəmiqayırma Zavodu"nda 6 gəminin inşası həyata keçirilir.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Zavodun baş meneceri İmanverdi Həsənov deyib.

O deyib: "Bu gəmilərdən 4-ü tanker tipli, 2-i isə bərə gəmisidir. Tankerlərin birinin qiyməti 14 mln. dollar, "Ro-Pax" tipli gəmi-bərələrin qiyməti isə 41 mln. dollara başa gəlir".

İ.Həsənovun sözlərinə görə, gələcəkdə zavod digər ölkələr üçün də gəmi tikintisi həyata keçirə bilər.

O, həmçinin əlavə edib ki, hazırda zavodda 1 390 nəfərə yaxın yerli işçi, 200 nəfərə yaxın isə podratçı şirkətlərin xarici işçiləri çalışır: "Təxminən ümumi işçi qüvvəsinin 5%-i xaricilərdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti