...

Türkiyə Azərbaycana kimyəvi məhsul ixracını artırıb (ÖZƏL)

İqtisadiyyat Materials 18 Dekabr 2019 09:52 (UTC +04:00)
2019-cu ilin 11 ayı ərzində Türkiyədən Azərbaycana kimyəvi məhsulların ixracı 2018-ci ilin eyni dövrü ilə müqayisədə 3,63 faiz artaraq 293,831 milyon dollar təşkil edib
Türkiyə Azərbaycana kimyəvi məhsul ixracını artırıb (ÖZƏL)

Bakı. Rufiz Hafizoğlu - Trend:

2019-cu ilin 11 ayı ərzində Türkiyədən Azərbaycana kimyəvi məhsulların ixracı 2018-ci ilin eyni dövrü ilə müqayisədə 3,63 faiz artaraq 293,831 milyon dollar təşkil edib.

Bu barədə Trend-ə Türkiyənin Ticarət Nazirliyindən bildiriblər.

Nazirlikdən bildiriblər ki, noyabr ayında Türkiyədən Azərbaycana kimyəvi məhsulların ixracı ötən illə müqayisədə 5,88 faiz artıb və 27,059 milyon dollara bərabər olub.

Ümumilikdə 2019-cu ilin yanvar-noyabr aylarında Türkiyədən Azərbaycana ixrac 9,13 faiz artaraq 1,429 milyard dollar təşkil edib.

Noyabr ayında Türkiyədən Azərbaycana ixrac 24,76 faiz artıb və 157,499 milyon dollara bərabər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti