...

Özünüməşğulluqla bağlı onlayn maarifləndirmə tədbiri keçirilib (FOTO)

İqtisadiyyat Materials 17 Dekabr 2019 15:34 (UTC +04:00)
“Özünüməşğulluq sahəsində mövcud dəstək mexanizmləri ilə bağlı yeniliklər” mövzusunda onlayn maarifləndirmə tədbiri təşkil olunub.
Özünüməşğulluqla bağlı onlayn maarifləndirmə tədbiri keçirilib (FOTO)

Bakı. Trend:

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı, müvafiq dövlət qurumlarının iştirakı ilə mikro, kiçik və orta sahibkarlıq subyektləri üçün “Özünüməşğulluq sahəsində mövcud dəstək mexanizmləri ilə bağlı yeniliklər” mövzusunda onlayn maarifləndirmə tədbiri təşkil olunub.

Agentlikdən Trend-ə verilən məlumata görə, Azərbaycan Dövlət İqtisad Universitetinin dəstəyi ilə keçirilmiş tədbirdə iştirakçılar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti, KOBİA və “Aqrar Tədarük və Təchizat" ASC-nin nümayəndələri tərəfindən özünüməşğulluq proqramı və bu proqrama qoşulma prosedurları, ailə büdcəsinin dayanıqlı gəlir mənbələri hesabına formalaşdırılması məqsədilə həyata keçirilən dövlət dəstəyi tədbirləri və mexanizmləri, özünüməşğulluğu dəstəkləyən layihələr barədə məlumatlandırılıb.

Tədbir çərçivəsində dövlət qurumlarının nümayəndələrinə ünvanlanmış çoxsaylı suallar cavablandırılıb.

Sahibkarların tədbirə asanlıqla qoşulmaları üçün KOBİA-nın inzibati binasında, eləcə də ölkənin müxtəlif şəhər və rayonlarında fəaliyyət göstərən “KOB Dostu” ofislərində zəruri təşkilati və texniki imkanlar yaradılıb.

Ümumilikdə onlayn maarifləndirmə tədbirindən minə yaxın sahibkar yararlanıb.

Onlayn maarifləndirmə tədbiri KOBİA-nın “Facebook” səhifəsindən birbaşa yayımlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti