Bakı. Ceyhun Ələkbərov - Trend:
Azərbaycanın çayı Kanadada ən yaxşı çay adına layiq görülüb.
Bu barədə Trend-ə açıqlamasında “Yaşıl Çay” MMC-nin rəhbəri Araz Yaqubov bildirib.
Onun sözlərinə görə, bu təşəbbüs BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən həyata keçirilib:
“Təqribən 3-4 ay əvvəl FAO bizim məkana gəlmişdilər. Onlar buradan gedərkən özləri ilə Azərbaycan çayını apardılar. Çay Kanadada digər çaylarla birgə test yoxlamasından keçirilib. Sonda digərlərinin arasında ən yaxşı çay adına layiq görülüb”.